Qənirə Paşayeva AŞPA-da Liberal Qrupun toplantısında çıxış edib

Qənirə Paşayeva AŞPA-da Liberal Qrupun toplantısında çıxış edib
19:39 11 Oktyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Qənirə Paşayeva AŞPA-da Liberal Qrupun toplantısında çıxış edib.

 

Lent.az-ın məlumatına görə, millət vəkili çıxışında  Ermənistanın işğalçılıq siyasətindən və “İskander" raketləri nümayiş etdirməsindən danışıb və təşkilatı işğalçı Ermənistanın əməllərinə biganə münasibətə son qoymağa, sərt addımlar atmağa çağırıb. ”Mən həmkarlarımın diqqətinə ötən sessiyadan keçən dövr ərzində Cənubi Qafqaz bölgəsində baş verən bəzi çox vacib məsələləri çatdırmaq istəyirəm və təcili addımlar atmağa çağırıram. Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərilərinə öhdəlik götürüblər. Neçə illər keçməsinə baxmayaraq heç bir nəticə və irəliləyiş yoxdur. Heç bir nəticənin əldə olunmamasının səbəbi Ermənistanın qəbul etdiyi 1416 saylı qətnaməni uzun illərdir ki, yerinə yetirməkdən imtina etməsi, işğal etdiyi torpaqları azad etməməsidir. Məhz bunun nəticəsində də bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Mən sizin diqqətinizə son günlər bölgədə baş verən bəzi hadisələri çatdırmaq istəyirəm və Assambleyanı onlara ciddi diqqət yetirməyə çağırıram. Ermənistan nəinki beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi istiqamətində heç bir addım atmır tam əksinə bu günlərdə Ermənistanda tədbirlər çərçivəsində “İskander" raketləri nümayiş etdirilib. Bu ağır müharibə silahları Ermənistanın nəyinə lazımdır? İşğalçı ölkə onları nümayiş etdirməklə nə demək istəyir? Bu məsələlərə təşkilatımız ciddi reaksiya verməlidir. Bu addımlar bir daha göstərir ki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etmək, münaqişənin sülh, danışıqlar yolu ilə həlli istiqamətində addımlar atmaq istəmir”.

 

 

 

 

Qənirə Paşayeva Liberal Qrup və ümumiyyətlə AŞPA bu məsələyə laqeyd qalmamalı olduğunu i etiraz bildirməsi deyib: “Təşkilatların prinsiplərini yerinə yetirməsi üçün işğalçı Ermənistana qarşı təzyiqlər daha da artmalıdır. Amma təəssüf ki biz bunu görmürük və beynəlxalq təşkilatların bu biganəliyi nəticəsində işğalçı ölkə işğalçılıq əməllərini, təxribatlarını davam etdirir və bundan çoxlu sayda insanlar, bölgə əziyyət çəkir. Avropa Şurası bu məsələyə laqeyd yanaşmamalıdır. Əgər Avropa Şurası vaxtında, indiyə qədər Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin, 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində ciddi təzyiqlər etsəydi bəlkə də bu günə qədər yüzlərlə mülkü insan öz həyatını itirməyəcəkdi. Öz evinə dönə bilməyən və insan haqları işğalçı Ermənistan tərəfindən 23 ildir tapdanmaqda davam edən 100- minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər AŞPA-dan bunu gözləyir və buna çağırırlar. Onlar AŞPA-nı Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi üçün rəsmi İrəvana ciddi təzyiq göstərməyə çağırır və sizdən bunu gözləyirlər. Onlar AŞPA-dan qəbul etdiyi 1416 saylı qərarın yerinə yetirilməsi üçün işğalçı Ermənistana təzyiq göstərməyə çağırırlar və anlamırlar ki AŞPA nədən təşkilatın prinsiplərini pozaraq digər bir üzv Azərbaycanın torpaqlarının işğal edən Ermənistana qarşı heç bir ciddi sanksiyalar tətbiq etmir, addımlar atmır. İnsanlar təşkilatda ikili standartların olduğunu açıq söyləyirlər. Çünki təşkilata üzv Azərbaycanın torpaqlarının 20 faizini uzun illərdir işğalda saxlayan, 1 milyon azərbaycanlı məcburi köçkünün evinə dönməsinə imkan verməyən işğalçı Ermənistana qarşı heç bir addımların atılmasını anlaya bilmirlər. Kimsə bunun səbəblərini anlada bilərmi buradan onlara? Təşkilatın prinsiplərini pozan ölkələr arasında fərq qoyulmamalıdır və biz Ermənistanın işğalçı və təxribatçı addımlarına qarşı ciddi addımlar atmağa çağırırıq. Ümid edirik ki Liberal Qrupdakı həmkarlarımız bu istiqamətdə ədalətə, Azərbaycanın haqlı mövqeyinə daha çox dəstək verəcəklər.” 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR