Təhsil Nazirliyinin əməkdaşları qəzada həlak olan şagirdin dəfninə gediblər

Təhsil Nazirliyinin əməkdaşları qəzada həlak olan şagirdin dəfninə gediblər
11:14 12 Oktyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

 

Təhsil Nazirliyinin nümayəndələri dünən Sabirabad rayonunda baş vermiş qəza nəticəsində xəsarət almış məktəblilərə baş çəkiblər.

 

Lent.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün şəxsi “Facebook” səhifəsində yazıb.

 

C. Valehov bildirib ki, məktəblilər - Rəşad, Vüsal, Ağamirzə hazırda Travmatologiya institutunun uşaq travmatologiya şöbəsində müalicə alırlar: “ Bu gün Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə onlara baş çəkmək üçün xəstəxanaya getdik. Hər üç məktəbli özünü yaxşı hiss edir, bizdən oxumaq üçün kitablar istədilər. Sifariş etdikləri kitabları da tezliklə onlara çatdıracağıq”.

 

Qurum rəsmisi  onu da qeyd edib ki, eyni zamanda bu gün Təhsil Nazirliyinin əməkdaşları qəzada həlak olan məktəblinin hüzr mərasimində iştirak etmək üçün rayona yola düşüblər: “ Allah həlak olan balamıza rəhmət etsin. Xəsarət alanlara şəfa versin!”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR