Arda Turan: "Mənim üçün Fatih Terim bitdi"

Arda Turan: "Mənim üçün Fatih Terim bitdi"
11:52 12 Oktyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə futbolçu Arda Turan arasında gərginlik davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı yeni faktlar üzə çıxıb. Qeyd olunur ki, komandanın Avro-2016-ya hazırlaşdığı Antalya təlim-məşq toplanışı zamanı A.Turanla F.Terim arasında taktika məsələsi ilə bağlı mübahisə yaşanıb.

F.Terimin köməkçilərindən olan Bülent Bayraktar A.Turanı sakitləşdirmək üçün futbolçuya deyib: "Narahat olma, sizi barışdıracağam". A.Turan isə cavabında deyib: "Mənim üçün Fatih Terim bitdi. Bundan sonra onunla barışmağım mümkün deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR