Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanlını öldürən erməninin istintaqı dayandırılıb - KRIMDA

Azərbaycanlını öldürən erməninin istintaqı dayandırılıb - KRIMDA

Date: 12 October 2016 16:09

 

Krımda azərbaycanlının erməni tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqı dayandırılıb.

 

Bu barədə APA-ya Krımdakı Azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

 

O bildirib ki, ötən il Yaltada azərbaycanlının bazarda erməni tərəfindən qətlə yetirilməsi ilə əlaqədar İstintaq Komitəsinə müraciət edib və qurumdan prosesin gedişatı ilə bağlı məlumat verməsini istəyib: “Bizdə olan məlumata görə, ötən ilin iyulunda Rahil Mehdiyevin qətli ilə bağlı cinayət işi şübhəli şəxsin axtarışa verilməsi üzündən dayandırılıb. Bildiyimiz qədər o, beynəlxalq axtarışa verilib. Yerli hüquq-mühafizə orqanları həmin şəxsin tutulması ilə əlaqədar Ermənistanın müvafiq strukturlarına müraciət edib. Bununla bağlı məlumatın verilməsini gözləyirik”.

 

Xatırladaq ki, Yaltadakı “Puşkinskiy” bazarında baş vermiş qətl hadisəsinə səbəb azərbaycanlının ermənini bazarda etdiyi oğurluğa görə utandırması olub. Qətli törədən şəxs Ermənistana qaçıb.

 


Tags:  Azərbaycanlını öldürən erməninin istintaqı dayandırılıb KRIMDA


RƏYLƏR


Top news