Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aşura günü 1863,3 litr qan tədarük olunub

Aşura günü 1863,3 litr qan tədarük olunub

Date: 12 October 2016 18:34

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, aksiyalar Bakı şəhərinin 9 regionların isə 6 məsciddə keçirilib. Əvvəlki illərdən fərgli olaraq bu il əlavə Quba və Şirvan Qan bankı bölmələridə könüllü aksiyalar təşkil olunub.


"Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Cümə", "Qaraçuxur", " Hacı Soltan-Əli" Keşlə qəsəbə məscidləri, Hacı Əjdər məscidi, Nardaran məscidi, Sumqayıt şəhər Cümə məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhər məscidi, Gəncə şəhər İmamzadə məscidi, Bərdə şəhər Cümə məscidi, Lənkəran şəhər Böyükbazar məscidi, MQB-nın Şirvan bölməsi, MQB-nın Quba bölməsi. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qanvermə aksiyaları keçirilib.


Bildirilib ki, saat 9:00-dan 18.00-a kimi aksiyalarda 4141 nəfər könüllü olaraq qan vermişdir ki, nəticədə 1863,3 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

 


Tags:  Aşura günü 1863 litr qan tədarük olunub


RƏYLƏR


Top news