Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

800 min dolların ölkədən çıxarılmasının qarşısı alındı

800 min dolların ölkədən çıxarılmasının qarşısı alındı

Date: 13 October 2016 12:29

Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Gürcüstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif  oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə  idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 (səkkiz yüz min) ABŞ dolları aşkar edilərək götürülüb.

 

Faktla bağlı  araşdırma aparılır.

 






Tags:  800 min dolların ölkədən çıxarılmasının qarşısı alındı


RƏYLƏR


Top news