FHN Qəbələdə komanda-qərargah təlimi keçirib

FHN Qəbələdə komanda-qərargah təlimi keçirib
16:44 13 Oktyabr 2016
102 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi və nazirliyin regionda yerləşən digər qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələrinin iştirakı ilə 12-13 oktyabr 2016-cı il tarixində Qəbələ rayon ərazisində komanda-qərargah təlimi keçirilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, komanda-qərargah təliminə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik edib.

Təlimin keçirilməsində əsas məqsəd komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.

FHN-in 640 nəfərlik şəxsi heyəti və 110 ədəd texnikasının cəlb olunduğu təlim taktiki cəhətdən mürəkkəb ərazidə və əlverişsiz hava şəraitində keçirilmiş, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Təlimi Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin yanğın üzrə ekspertləri və dağ alpinizmi üzrə mütəxəssisləri izləyib.

Təlimdən sonra nazir müavini Etibar Mirzəyev avstriyalı mütəxəssislərlə görüşmüş, həmçinin, komanda-qərargah təliminin yekunları ilə bağlı müşavirə keçirib. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR