Lənət olunmuşlar kimlərdir?

Lənət olunmuşlar kimlərdir?
23:12 13 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

"Lənət" sözü lüğətdə "qovulmaq və uzaqlaşdırmaq" mənasını daşıyır. "Allah Şeytana lənət etsin" və yaxud "Allah fılankəsə lənət etsin!" - ibarələrinin mənası budur ki, Allah-Taala onları Öz rəhmət və mərhəmət civarından uzaqlaşdıraraq əzaba düçar etsin, Öz qəzəbini onlara şamil etsin! Lüğət alimi Rağib İsfahani "lənət" sözünün leksik mənası haqda belə yazır: "Lənət qəzəb və acıqlı halda qovmaq və uzaqlaşdırmaq mənasını daşıyır və Allahın lənəti qiyamət günü cəhənnəm əzabı ilə üzə çıxacaqdır." ("Əl-müfrədatu fi ğəribil-Quran", "lən" sözü.)

Milli.Az maide.az-a istinadən bildirir ki, "Lən" (lənət) sözü Qurani-Kərimdə 41 dəfə işənmişdir və bəzi zümrələr sahib olduqları çirkin xüsusiyyətlərinə görə Allahın, mələklərin, Peyğəmbərin (s) və möminlərin lənətinə layiq görülmüşlər ki, onlar aşağıdakılardan ibarətdir:

1. Münafiqlər, müşriklər və kafirlər:

"Fəth" surəsinin 6-cı ayəsində münafiqlər və müşriklər haqda belə buyurulur:

وَيُعَذِّبَ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ الظَّانِّينَ بِاللَّهِ ظَنَّ السَّوْءِ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ وَغَضِبَ اللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا

"Allah Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!"

"Tövbə" surəsinin 68-ci ayəsində münafiqlər və kafirlər haqda belə buyurulur:

وَعَدَ الله الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا هِيَ حَسْبُهُمْ وَلَعَنَهُمُ اللّهُ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ

"Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır."

"Fəth" surəsinin 6-cı, "Mühəmməd" surəsinin 23-cü və "Əhzab" surəsinin 61-ci ayələrində münafiqlər, "Bəqərə" surəsinin 88-89-cu və 161-ci, "Nisa" surəsinin 46-cı, "Tövbə" surəsinin 68-ci və "Əhzab" surəsinin 64-cü ayələrində də kafirlər lənətlənmişlər.

2. Yəhudilər:

"Maidə" surəsinin 64-cü ayəsində buyurulur:

وَقَالَتِ الْيَهُودُ يَدُ اللّهِ مَغْلُولَةٌ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُواْ بِمَا قَالُواْ

"Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər..."

3. Mürtədlər - müsəlman olub sonradan müsəlmançılıqdan çıxanlar:

"Ali-İmran" surəsinin 86-87-ci ayələrində buyurulur:

كَيْفَ يَهْدِي اللّهُ قَوْمًا كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُواْ أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءهُمُ الْبَيِّنَاتُ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ أُوْلَـئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ

"İman gətirdikdən, peyğəmbərin haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə hidayət etsin?! Allah zalım dəstəni hidayət etməz! Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!"

4. İlahi əhdi pozanlar, qohumluq əlaqələrini qıranlar və yer üzündə fəsad törədənlər:

"Rəd" surəsinin 25-ci ayəsində buyurulur:

وَالَّذِينَ يَنقُضُونَ عَهْدَ اللّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَآ أَمَرَ اللّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الأَرْضِ أُوْلَئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ

"Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qıranlar və yer üzündə fitnə-fəsad salanlara lənət olsun. Onları dünyanın pis sonu gözləyir."

"Maidə" surəsinin 12-13-cü ayələrində İsrail övladlarından ilahi peymanı pozanlar, "Mühəmməd" surəsinin 22-23-cü ayələrində də yer üzündə fəsad törədənlər və qohumluq əlaqələrini qıranlar lənətlənmişlər.

5. Şeytan:

"Nisa" surəsinin 117-118-ci ayələrində buyurulur:

إِن يَدْعُونَ مِن دُونِهِ إِلاَّ إِنَاثًا وَإِن يَدْعُونَ إِلاَّ شَيْطَانًا مَّرِيدًا لَّعَنَهُ اللّهُ

"(Məkkə müşrikləri) Allahı qoyub yalnız qızlara (qəbilələrin ögey qızları hesab edilən bütlərə) tapınır, yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər. Allah ona (Şeytana) lənət etdi (və rəhmətindən kənar edib dərgahından qovdu)..."

"Sad" surəsinin 78-ci və "Hicr" surəsinin 35-ci ayələrində də şeytan lənlətlənmişdir.

6. Allaha və Peyğəmbərə (s) əziyyət verənlər:

"Əhzab" surəsinin 57-ci ayəsində buyurulur:

إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا

"Allahı və Onun Peyğəmbərini əziyyət verənlərə Allah dünyada və axirətdə lənət etmiş və onlar üçün xaredici bir əzab hazırlamışdır!"

9. Zülmkarlar:

"Qafir" surəsinin 52-ci ayəsində buyurulur:

يَوْمَ لَا يَنفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ

"Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lənət və axirətin pis əzabı gözləyir."

"Hud" surəsinin 18-ci, "Ali-İmran" surəsinin 86-87-ci və "Əraf" surəsinin 44-cü ayələrində də zalımlar lənətlənmişlər.

10. İlahi-dini həqiqətləri gizlədənlər:

"Bəqərə" surəsinin 159-cu ayəsində buyurulur:

إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ

"Kitabda (Tövrat və İncildə) insanlara aşkar etdiyimiz dəlillərdən sonra (Quranda) göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar."

11. Möminləri qətlə yetirənlər:

"Nisa" surəsinin 93-cü ayəsində buyurulur:

وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا

"Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlayar!"

12. İffətli və möminə qadaınlara iftira yaxanlar:

"Nur" surəsinin 23-cü ayəsində buyurulur:

إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

"Zinadan xəbəri olmayan namuslu, ismətli möminə qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir."

13. Yalançılar:

وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَاء إِلَّا أَنفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ الْكَاذِبِينَ وَيَدْرَأُ

"Zövcələrinə zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Allahı şahid gətirirəm - deyə) şəhadət verməlidir. (O, dörd dəfə belə deməlidir: "Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm.") Beşinci dəfə (belə deməlidir:) "Əgər yalan danışanlardandırsa, Allah ona lənət etsin!."

"Ali-İmran" surəsinin 61-ci ayəsində, yəni "Mübahilə" (qarğış) ayəsində də belə buyurulur:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

"(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: "Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək."

Bu zümrələrdən əlavə, Qurani-Kərimdə "cəhənnəm əhli" ("Əhzab"/67-68; "Əraf"/38); "lənətlənmiş şəcərə" (Əbu Süfyanın sülaləsi - "İsra/60); "Səbt (şənbə günü) səhabələri" ("Nisa"/47); Firon, onun qövmü, ordusu və qövmünün böyükləri, o cümlədən Haman ("Qəsəs",/38-42; "Hud"/97-99); Ad qövmü ("Hud"/59-60); Allahın qəzəbinə tuş gələrək meymun və donuz surətinə salınanlar, tağuta pərəstiş edənlər ("Maidə"/60); tağuta iman gətirib müsəlmanların deyil, kafirlərin doğru yolda olduqlarını deyənlər ("Nisa"/51-52) də Allahın lənətinə gəlmişlərdir.

Rza Şükürlü

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qadın həbsxanasında biabırçılıq - FOTOLAR

27 İyun 2017 18:33

"ABŞ misli görünməmiş hücuma hazırlaşır" - Rusiya

27 İyun 2017 18:32

Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib

27 İyun 2017 18:32

72 yaşlı silikonlu Ajda Pekkan səhnədə - FOTO

27 İyun 2017 18:27

General: "2-3 günə İkinci Qarabağ savaşının başlaması gözlənilməz deyil" - VİDEO - FOTOLAR

27 İyun 2017 18:23

Rusiyada insan həyatına 1,2 mln. dollar qiymət qoyuldu

27 İyun 2017 18:22

Köçkün ailələrinə yeni mənzillər verilib

27 İyun 2017 18:19

Kıvanç və Tuba əslində bu seriala çəkilməli idilər

27 İyun 2017 18:12

TAP-ın rəhbərliyi yenidən formalaşdırılıb

27 İyun 2017 18:12

Əlcəzair millisinin üzvü "Differdanj"da

27 İyun 2017 18:12

"Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır"

27 İyun 2017 18:12

Mehriban Əliyeva: “Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib”

27 İyun 2017 18:07

Qəndab Quliyevanın xəstəxanadan son FOTOLARI yayıldı

27 İyun 2017 18:05

Vettel və Hamiltonun mübahisəli qəzası - Onlar üçün ilk deyildi - VİDEO

27 İyun 2017 18:03

Mərdəkanda Ramazan bayramına həsr olunmuş konsert - FOTO

27 İyun 2017 17:57

Azarkeşlər İtaliyanın köklü klubunu satdırır - NECƏ?

27 İyun 2017 17:57

Birinci vitse-prezident məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib

27 İyun 2017 17:57

Dənizdə batan şəxslər xilas edildi

27 İyun 2017 17:56

TAP-ın rəhbəri dəyişdi

27 İyun 2017 17:54

10 min il əvvələ aid mağarada yaşayan insanlar - İRANIN QƏRİBƏ KƏNDİ - FOTOLAR

27 İyun 2017 17:53

“Oyuq” teatr-studiyası beynəlxalq festivalda təmsil olunacaq

27 İyun 2017 17:52

Prezident Andjey Duda: Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

27 İyun 2017 17:50

Avropada yeni terror hədələri

27 İyun 2017 17:47

Keçmiş ərindən Tubaya ZƏRBƏ

27 İyun 2017 17:42

Tanınmış müğənni ayını övladlığa götürdü

27 İyun 2017 17:40

Canlı əfsanəyə Yaponiyadan təklif gəldi - GEDİR?

27 İyun 2017 17:37

Saatlı və Kürdəmir rayonlarında yanğın

27 İyun 2017 17:35

Gürcüstan prezidenti Poroşenkodan Saakaşvilinin geri qaytarılmasını istəməyəcək

27 İyun 2017 17:32

Millimizin hücumçusu debütantla anlaşdı

27 İyun 2017 17:32

Merkel homoseksualları sevindirdi

27 İyun 2017 17:28

Metroya girən heyvan sərnişinləri qorxutdu - VİDEO - FOTO

27 İyun 2017 17:27

"Bu, çox ciddi siyasi sənəddir"

27 İyun 2017 17:25

Salvador Dalinin məzarı açılacaq - DNT ÜÇÜN

27 İyun 2017 17:18

"Qarabağ"ın oyun saatı açıqlandı

27 İyun 2017 17:17

Polşa Prezidenti: “Ümidvaram ki, Azərbaycanla energetika sahəsində çox sıx əməkdaşlıq quracağıq”

27 İyun 2017 17:17

"Ölkəmizdə artıq bütün müasir infrastruktur yaradılıb"

27 İyun 2017 17:16

Azərbaycan Prezidenti: Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır

27 İyun 2017 17:15

Hacıqabulda ağır qəza: 2 ölü

27 İyun 2017 17:14

"Gecə 3-də Acuna mesaj yazdım ki, doğuram" - FOTO

27 İyun 2017 17:12

Azərbaycan Prezidenti Qarabağla bağlı ədalətli mövqeyinə görə Polşa Prezidentinə təşəkkür edib

27 İyun 2017 17:12

Sabiq "Liverpul"lu xizək yarışlarında qüvvəsini sınayacaq

27 İyun 2017 17:12

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır

27 İyun 2017 17:08

Monqollar prezident seçə bilmirlər: ÖLKƏ TARİXİNDƏ İLK

27 İyun 2017 17:08

Hacıqabulda çətənə yetişdirən şəxs saxlanıldı

27 İyun 2017 17:05

Böyük Britaniya kraliçasının illik gəliri 100 mln. dolları keçəcək

27 İyun 2017 17:02

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

27 İyun 2017 17:02

Prezident İlham Əliyev: Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək

27 İyun 2017 17:01

Aspirinin saçlara inanılmaz faydası

27 İyun 2017 16:59

Tarixin yarımçıq qalan portretləri: İndi ayaqları da var - FOTOLAR

27 İyun 2017 16:58

Həkim: "Səhər tezdən dəniz kənarında olmaq insan orqanizmi üçün çox xeyirlidir"

27 İyun 2017 16:57