Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qabardin-Balkarda əməliyyat: üç silahlı öldürüldü

Qabardin-Balkarda əməliyyat: üç silahlı öldürüldü

Date: 14 October 2016 01:29

Rusiya Federasiyası Qabardin-Balkar Respublikasında xüsusi əməliyyat zamanı polis əməkdaşlarının qətli ilə əlaqəli hesab edilən üç silahlı öldürülüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Antiterror Komitəsinin məlumatında bildirilir. Məlumata görə, öldürülənlər arasında qruplaşmanın başçısı da var.   

 

Antiterror əməliyyatı rejimi respublikanın Çegem rayonu ərazisində tətbiq edilib. Yanikoy yaşayış məntəqəsi yaxınlığında aşkarlanan silahlılar xüsusi təyinatlılara atəş açıblar. Cavab atəşi ilə silahlılar məhv edilib. 


Tags:  Qabardin-Balkarda əməliyyat üç silahlı öldürüldü


RƏYLƏR


Top news