"Azərbaycanda 600 Rusiya şirkəti fəaliyyət göstərir" - Eldar Tlyabiçev

"Azərbaycanda 600 Rusiya şirkəti fəaliyyət göstərir" - Eldar Tlyabiçev
10:34 14 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

"Hazırda Azərbaycanda 600 Rusiya şirkəti fəaliyyət göstərir". "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Eldar Tlyabiçev bildirib.

 

Onun sözlərinə görə, bu şirkətlərdən təxminən 200-ü 100% Rusiya kapitalına malikdir, 400-dən çoxu isə birgə müəssisə formatında fəaliyyət göstərir. "Bununla yanaşı, Rusiya Azərbaycanın əsas kapitalına $1,4 mlrd. yatırıb. Bu investisiyaların böyük əksəriyyəti neft sektorunun payına, yəni Xəzərdə neft-qaz yataqlarının inkişafının düşür. Buna baxmayaraq, maşınqayırma, əczaçılıq, kimya sənayesi və bank sektoruna yatırılan investisiyaların payında da artım hiss olunacaq dərəcədədir", - deyə o bildirib.

 

E. Tlyabiçev əlavə edib ki, Rusiya və Azərbaycan şirkətləri arasında əlaqələr durmadan genişlənir. "Burada KAMAZ şirkətinin 2015-ci ildə "Gəncə avtomobil zavodu"nun ərazisində istehsalat xəttinin açmasını qeyd etmək istərdim. Bu ilin mart ayında "Ural avtomobil zavodu" analoji müqavilə imzaladı. Şirkətin istehsal etdiyi məhsullar həm Azərbaycana, həm də üçüncü ölkələrin bazarına hesablanıb. Rusiyanın "R-farm" şirkət Azərbaycanın "VİTA-A" müəssisəsi və Azərbaycan İnvestisiya Şirkəti ilə memorandum imzalayaraq Azərbaycanda əczaçılıq müəssisəsinin yaradılması barədə razılığa gəldi. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Qlobal iqtisadi böhranı, o cümlədən Azərbaycan manatının iki dəfə devalvasiyaya uğramasını nəzərə alaraq biz ticarət dövriyyəmizin həcminin azalmasını müşahidə edirik. Lakin buna baxmayaraq, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarının siyahısında ikinci yerdə qalmağı bacarıb. Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiyanın payı 11,4%, idxalda isə payı 17,9%-dir. Qonşu ölkəyə ən çox mal idxal edən məhz Rusiyadır", - deyə o qeyd edib.

 

O əlavə edib ki, Azərbaycan bazarına çıxmaq istəyən Rusiya şirkətləri ölkədəki iqtisadi vəziyyəti nəzərə almalıdır: "İndiki vəziyyətdə ilk növbədə şirkətlər öz məhsullarına tələbatı qiymətləndirməlidirlər".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR