Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qəbiristanlıqda basdırılmış tapança çıxarıldı - FOTO

Qəbiristanlıqda basdırılmış tapança çıxarıldı - FOTO

Date: 15 October 2016 12:24

 

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Lent.az Penitensiar Xidmətə istinadən xəbər verir ki, Xidmətin Baş idarəsinin və Müalicə müəssisəsinin əməliyyat aparatlarının Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər qəbiristanlığında ağacın dibində basdırılmış, darağında səkkiz ədəd gülləsi olan 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

 

Fakt üzrə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən araşdırma aparılır.




Tags:  Qəbiristanlıqda basdırılmış tapança çıxarıldı FOTO


RƏYLƏR


Top news