Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

11 nəfər daşqınların qurbanı oldu

11 nəfər daşqınların qurbanı oldu

Date: 15 October 2016 20:14

Vyetnamda 11 nəfər daşqınların qurbanı olub, daha 30 min nəfər isə təhlükəli ərazilərdən təxliyə edilib.  

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, daşqınlara səbəb bir neçə gündür davam edən leysan yağışlar olub.  

 

Təbii fəlakət nəticəsində magistral yollar su altında qalıb. Bu səbəbdən ziyan dəymiş ərazilərə və sakinlərə ərzaq çatdırılmasında çətinliklər yaranıb. Həmçinin dəmir yolu nəqliyyatın hərəkətində də problem yaranıb.    


Tags:  nəfər daşqınların qurbanı oldu


RƏYLƏR


Top news