Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda evlərin qiymətində CİDDİ BAHALAŞMA

Bakıda evlərin qiymətində CİDDİ BAHALAŞMA

Date: 16 October 2016 10:19

Bakıda ilkin daşınmaz əmlak bazarında qiymətlər avqust ayındakı qiymətlərlə müqayisədə dollar ekvivalentində 4,43 faiz artıb. Lent.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

 

Ekspert bildirib ki, manatla ifadədə isə artım 2,76 faiz təşkil edib.

 

O əlavə edib ki, həmçinin təkrar daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə olunub: "Ötən ay avqust ayı ilə müqayisədə dollar ekvivalentində artım 3,77 faiz, manatla ifadədə isə 2,11 faiz olub".

 

Ekspert qeyd edib ki, buna baxmayaraq, daşınmaz əmlakın digər seqmentlərində qiymətlərin ucuzlaşması hələ davam edir:

 

"Kommersiya obyektləri bazarında avqust ayı ilə müqayisədə sentyabrda qiymətlər dollar ekvivalentində 4,96 faiz, manatla ifadədə isə 6,48 faiz azalıb. Torpaq bazarında da müvafiq olaraq 0,83 faiz və 2,42 faiz azalma var. Mənzillərin kirayəsi bazarında azalma sentyabr ayında avqust ayı ilə müqayisədə dollarla ifadədə 8 faiz, manatla ifadədə isə 9,4 faiz təşkil edib. Kommersiya obyektlərinin kirayə bazarında isə müvafiq göstəricilər 4,28 faiz və 2,73 faiz azalma təşkil edib".

 

 


Tags:  Bakıda evlərin qiymətində CİDDİ BAHALAŞMA


RƏYLƏR


Top news