Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İçki masası arxasında qanlı dava: ölən var

İçki masası arxasında qanlı dava: ölən var

Riçard Hoqland: "Aprel döyüşlərinin ildönümünü döyüş meydanında deyil, danışıqlar masası arxasında qeyd etmək lazımdır" (11 Mart 2017 15:02)
Bakıda kafedə qanlı dava: ölən var (05 Mart 2017 10:23)
Bakıda kafedə qanlı dava: ölən var (05 Mart 2017 10:14)

Tarix: 16 Oktyabr 2016 12:29

Xaçmaz rayonu, Arzu kəndində 1972-ci il təvəllüdlü, Novruzov İlqar Məmmədəli oğlu bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lent.az "Report"a istinadən xəbər verir ki, həkimlərin cəhdlərinə baxmayaraq, çoxsaylı bıçaq xəsarətləri alan yaralını xilas etmək mümkün olmayıb.

İlkin informasiyaya əsasən, İlqar Məmmədəli oğlu Novruzovla Gündüz Əli oğlu Məhərrəmov bir yerdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra aralarında xoşagəlməz söz-söhbət yaranıb. Nəticədə Gündüz Əli oğlu Məhərrəmov İlqar Məmmədəli oğlu Novruzovu  bıçaqlayıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Prokurorluğun böyük köməkçisi Əlibala Şahverənovun verdiyi məlumata görə rayonun hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Hadisə ilə bağlı prokurorluq qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.


Teqlər:  İçki masası arxasında qanlı dava ölən var



RƏYLƏR


Top xəbərlər