Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda temperatur 7 dərəcəyə enəcək, rayonlara şaxta düşəcək - HAVA PROQNOZU

Bakıda temperatur 7 dərəcəyə enəcək, rayonlara şaxta düşəcək - HAVA PROQNOZU

Date: 16 October 2016 12:34

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

 

Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı ehtimalı var.

 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11° isti, gündüz 7-9° isti, Bakıda gecə  9-11° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət   85-95 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, sabah yağış yağacağı, arabir leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 10-14°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.


Tags:  Bakıda temperatur dərəcəyə enəcək rayonlara şaxta düşəcək HAVA PROQNOZU


RƏYLƏR


Top news