Putin: ABŞ hər kəsi izləyir və dinlədiyir

Putin: ABŞ hər kəsi izləyir və dinlədiyir
16:24 16 Oktyabr 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

 Rusiya ABŞ-ın hər kəsi izlədiyini və dinlədiyini bilir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putinbildirib.

 

ABŞ vitse-prezidenti Co Baydenin bəyanatına toxunan V. Putin deyib ki, ABŞ tərəfindən haker hücumu təhdidi beynəlxalq davranış normalarına uyğun deyil: “ABŞ tərəfindən haker hücumu təhdidi ilə bağlı yeganə yenilik odur ki, ilk dəfə ABŞ belə yüksək səviyyədə etiraf edir ki, onlar bununla məşğuldurlar. Ancaq bu, beynəlxalq normalara uyğun deyil. Görünür ki, əsəbiləşirlər. Vaşinqtonun Rusiyadan düşmən obrazı yaratması ABŞ hakimiyyətinin cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir”. 

 

Qeyd edək ki, ötən gün C. Bayden bəyan edib ki, ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq, Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR