Azərbaycanda nadir heyvan tutulub

Azərbaycanda nadir heyvan tutulub
16:54 16 Oktyabr 2016
263 Digər
Ölkə mətbuatı
A- A+

Hamarmeşə kənd sakini Qadir Rzayev yaşadığı evin həyətindəki saxlanc quyusunda indiyə qədər rast gəlmədiyi xəz dərili heyvan olduğunu görüb.

 

Lent.az Report-a istinadən xəbər verir ki, Qadir Rzayaev əvvəl onun tülkü balası olduğunu zənn edib. Kənd sakinlərinə tutduğu heyvanı göstərəndə, yaşlı insanlar bunun el arasında "ala boyun" adlandırılan heyvan olduğunu, ancaq çox nadir hallarda gözə göründüyünü bildiriblər.

 

Q.Rzayev müəllim olduğundan məktəbdə də həmkarlarına bu barədə söyləyib. Bir qədər araşdırdıqdan sonra həyətdə aşkar olunan bu xəzdərili heyvanın adının latınca "Martes" olduğu müəyyənləşib. Yırtıcılar dəstəsinin dələkimilər fəsiləsinə aid edilir. Belə ki, o kiçik canlılarlar, quşlarla qidalanır. Hətta sürətli qaçmaq və cəldlik bacarığı olduğundan dovşanı belə rahat ovlaya bilir.

 

Onun uzunluğu quyruğu ilə birlikdə70 sm-ə, çəkisi təxminən 1,5 kq-a qədərdir. Bu yırtıcı əsasən Avropa və Asiyada dağlıq, meşəlik ərazilərdə yaşayır. Bir neçə növü var.

 

Hirkan Milli Parkının mütəxəssisi Hacağa Səfərov bu yırtıcıların bir neçə növünün olduğunu bildirib. "Tək halda yaşayan bu yırtıcıların öz arealları olur. Meşələrimizdə yaşasa da, insan yaşayış yerlərində təsadüf hallarda müşahidə olunur. Çox güman ki, son günlər yağan güclü leysan yağışları onun kəndin ərazisinə gəlməsinə səbəb olub. Və ya ev quşlarının ovuna çıxıb".

 

Qadir Rzayev həyətində rastlaşdığı heyvanın xəstə olduğunu və bir qədər qulluq etdikdən sonra meşəyə buraxacığını bildirib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR