Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Rəqsanə kimilər hamımızı yerə vurdu" - QALMAQAL

"Rəqsanə kimilər hamımızı yerə vurdu" - QALMAQAL

Date: 17 October 2016 11:34

 

Xalq artisti Aygün Kazımova ATV-də yayımlanan “10-dan sonra” verilişində əməkdar artist Elza Seyidcahan və müğənni Şəhla Həmidova arasında yaşanan qalmaqala münasibət bildirib. Lent.az-ın məlumatına görə, A.Kazımova Ş.Həmidovanın söylədiyi “Halal pulla sənətdə nəsə etmək olmur” fikirlərinə bu cür reaksiya verib: “Bu geyim söhbəti nə zaman yığışılacaq? Neçə ildir ki, sənətdəyəm, hər cür ifaçı görmüşəm. Amma sənətlə yüksəklərə ucalıblar. Əgər bir insanın sənəti varsa, o adam uğura nail olacaq. Elzanın fikirlərini bəyəndim, doğru deyirdi. Muğam ifaçısının ayrı, estrada ifaçısının ayrı geyimləri olur. Kim kimin pulunu sayır ki, halal yolla qazanır, ya yox. Halal, haram məsələsini isə Allahımız bilər. Bu mövzuya münasibət bildirməyim ona görədir ki, artıq bu mövzular bitsin. Elza düz deyir, Rəqsanə kimi müğənnilər efirə çıxdı, bir kəlmə söz dedi, biz müğənnilərin hamısını vurdu yerə. Belə danışmaq olmaz axı. Rəqsanə, səndə belədirsə, o demək deyil ki, hamıda belədir. Təbi ki, hər kəs öz arşınına görə ölçür. Dediyin söz, başqaları üçün təhqir olur".

 

Xatırladaq ki, Ş.Həmidovanın söylədiyi “Efirdə ağlamaqla gündəmə gəlməmişəm. Acından ölsəm də özümü sındırmaram. Elza Seyidcahan deyir ki, evini dəyiş. O imkanı, şəraiti halal pulla etmək olmur” sözləri E.Seyidcahanı özündən çıxarmışdı. Əməkdar artist isə həmkarına bu cür cavab ünvanlamışdı: "Camaatı niyə təhqir edirsən? Burada sənət dostlarını təhqir etdin. Evi olan haram pulla qazanıb? Zamiqlər, Nadirlər, mən özüm zülmlə pul qazanırıq, sizin kimi müğənnilər çıxıb efirdə başqa cür danışır. Biz haram qazanırıq? Belə danışmaq olmaz. Səsin də, pulun da var, bəsdir ağladın. Ölkəmizdə sənətə dəyər verirlər”.


Tags:  Rəqsanə kimilər hamımızı yerə vurdu QALMAQAL


RƏYLƏR


Top news