Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda bəzi avtobusların istiqaməti dəyişdirildi

Bakıda bəzi avtobusların istiqaməti dəyişdirildi

Date: 17 October 2016 17:14

Bakıda Ziya Bünyadov prospektinin bağlanması ilə əlaqədar bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.

 

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Z. Bünyadov prsopektinin bağlanması ilə əlaqədar metronun “20 Yanvar” və Qələbə dairəsindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edən bütün marşrut avtobuslarının hərkət trayektoriyasında dəyişiklik edilib. Səbəb sərnişinlərin tıxacda qalmasının qarşısını almaqdan ibarətdir.

 

Qeyd edək ki, Bakıya yağan aramsız yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


Tags:  Bakıda bəzi avtobusların istiqaməti dəyişdirildi


RƏYLƏR


Top news