15 dərəcə şaxta, yağış, qar – Sabahın havası

15 dərəcə şaxta, yağış, qar – Sabahın havası
12:39 18 Oktyabr 2016
108 Digər
Ölkə mətbuatı
A- A+

 

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13° isti olacaq. 

 

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-9°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, oktyabrın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdlü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havanın üstünlüyü və iqlim normasından xeyli aşağı temperatur şəraiti bəzi insanlarda narahatlılıq hissi yarada bilər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR