Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FHN-in əməkdaşları çempionatda yüksək nəticələr əldə ediblər - FOTO

FHN-in əməkdaşları çempionatda yüksək nəticələr əldə ediblər - FOTO

Date: 18 October 2016 17:49

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 15 oktyabr 2016-cı il tarixində keçirilən səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Respublika Çempionatında yüksək nəticələr əldə edib.

Lent.az-ın məlumatına görə, 18 oktyabr 2016-cı ildə İdman-sağlamlıq klubunda Dövlət Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə həmçinin çempionatda nəticə göstərmiş idmançılar klubun rəisi polkovnik Fizuli Musayev tərəfindən təbrik edilib, qiymətli hədiyyələrlə təltif edilib.

Şabran rayonunun Qalaaltı meşə zolağında keçirilən yarışlarda  nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 18 komanda üzrə 350 idmançı mübarizə aparıblar.

Çempionatın yekunlarına görə, K21 kateqoriyasında Müslüm İmranlı (“İrbis” İK) 6,0 km-11 CP məsafədə finiş xəttinə birinci çatıb. Alexander Misçenko (Ukrayna Səfirliyi) və Maksim Boholdin (“İrbis” İK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. 4,8 km-10 CP üzrə Q21 kateqoriyasında Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Ekaterina Yakovleva (“Neftçi”-1) gümüş, Yana Maşkova (“Dağçılıq” idman klubu-2) isə bürünc medal qazanıbr.

Komanda hesabında isə “Dağçılıq” idman klubu-1 bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. “Neftçi” İK İB-2 komandası ikinci, “Dağçılıq” idman klubu-2 isə üçüncü olub.

 






Tags:  FHN-in əməkdaşları çempionatda yüksək nəticələr əldə ediblər FOTO


RƏYLƏR


Top news