ÇL-də III turun oyunları keçirildi - NƏTİCƏLƏR

ÇL-də III turun oyunları keçirildi - NƏTİCƏLƏR
05:44 19 Oktyabr 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında (ÇL) yaranmış fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, III turun ilk oyun günündə E, F, G və H qruplarındakı komandalar meydana çıxıblar.

 

E qrupunun lideri “Monako” autsayder MOİK-lə səfərdə bərabərliyə razılaşıb - 1:1. Qrupun əsas favoritləri hesab edilən “Bayer”lə “Tottenhem”in Leverkuzendəki görüşündə də eyni nəticə qeydə alınıb, ancaq bu dəfə qolsuz.

 

Madrid “Real”ı üçün bu tur asan keçib. Aşkar autsayder “Legiya”nı “Santyaqo Bernabeu”da qəbul edəcək “kral klubu” 5:1 hesablı darmadağına sevinib. “Real”dan fərqli, Dortmund “Borussiya”sı “Sportinq”ə qarşı Portuqaliyada çətin qələbə qazanıb - 2:1.

 

G qrupunda itkisiz irəliləyən “Lester” sürpriz komanda “Kopenhagen”lə qarşılaşıb. İngiltərə çempionu daha bir qələbə ilə növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib - 1:0. “Brügge” – “Porto” matçında Portuqaliya təmsilçisi ilk qalibiyyətini əldə edib - 2:1.

 

Günün ən maraqlı oyunlarından biri də Fransada baş tutub. Qrupdan çıxmağı hədəfləyən “Lion” güclü “Yuventus”u qəbul edib. Turinlilər minimalhesablı qələbəyə seviniblər. Daha bir iddialı komanda “Sevilya” isə Zaqrebdə xal üzünə həsrət olan “Dinamo”nu eyni nəticə ilə məyus edib.

 

 

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, III tur

18 oktyabr

  

E qrupu

MOİK (Moskva, Rusiya) – “Monako” (Fransa) - 1:1

Qollar: Traore, 34 - Silva, 87

 

“Bayer” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 0:0

 

1.

Monako

3

1

2

0

4-3

5

2.

Tottenhem

3

1

1

1

2-2

4

3.

Bayer

3

0

3

0

3-3

3

4.

MOİK

3

0

2

1

3-4

2

 

F qrupu

“Sportinq” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 1:2

Qollar: Sezar, 67 - Obameyanq, 10, Veyql, 43

 

“Real” (Madrid, İspaniya) - “Legiya” (Polşa) - 5:1

Qollar: Beyl, 16, Yodloveys, 20 (öz qapısına), Asensio, 27, Lukas, 68, Morata, 84  - Radoviç, 21

 

1.

Borussiya D.

3

2

1

0

10-3

7

2.

Real M.

3

2

1

0

9-4

7

3.

Sportinq

3

1

0

2

4-4

3

4.

Legiya

3

0

0

3

1-13

0

 

G qrupu

“Lester” (İngiltərə) – “Kopenhagen” (Danimarka) - 1:0

Qol: Mahrez, 40

 

“Brügge” (Belçika) – “Porto” (Portuqaliya) - 1:2

Qollar: Vossen, 12 - Layun, 68, Silva, 90+1

 

1.

Lester

3

3

0

0

5-0

9

2.

Kopenhagen

3

1

1

1

5-2

4

3.

Porto

3

1

1

1

3-3

4

4.

Brügge

3

0

0

3

1-9

0

 

H qrupu

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Sevilya” (İspaniya) - 0:1

Qol: Nasri, 37

 

“Lion” (Fransa) – “Yuventus” (İtaliya) - 0:1

Qol: Kuadrado, 76

 

1.

Yuventus

3

2

1

0

5-0

7

2.

Sevilya

3

2

1

0

2-0

7

3.

Lion

3

1

0

2

3-2

3

4.

Dinamo Z.

3

0

0

3

0-8

0

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR