"Ana ölümlərinin sayı azalıb" - Komisiya sədri

"Ana ölümlərinin sayı azalıb" - Komisiya sədri
13:49 19 Oktyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

"Respublika üzrə ana ölümlərinin sayı azalsa da, son bir ayda qeydə alınan iki ana ölümünün başvermə səbəbi hələlik ekspertizada olduğundan konkret rəqəm demək mümkün deyil". Lent.az-ın məlumatına görə bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib. O bildirib ki, bunun da səbəbi ekspertizadan ölümün baş verməsinin nədən qaynaqlandığı ilə bağlı rəyin hələ gəlməməsidir. S. Məmmədova vurǧulayıb ki, aparılan təhlillər əksər hallarda ana ölümlərinin ekstragenital ( hamiləliklə əlaqəli olmayan xəstəliklər) patologiyadan baş verdiyini göstərir. Elmi Tədqiqat Mamalıq və ginekologiya İnstitutunun elmi-katibi, Doğuşayardım Komissiyasının cənub bölgəsi üzrə kuratoru Leyla Məmmədova isə vurğulayıb ki, cənub bölgəsində cari ilin aprelin 4-dən sentyabrın sonuna qədər 9 030 doğuş baş verib və ana ölümü qeydə alınmayıb.

 

 

"Son illər Azərbaycanda ana ölümlərinin sayı azalır. Bu da Səhiyyə Nazirliyinin, dövlətin bu problemə olan diqqətinin nəticəsidir". Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib. L.Rzaquliyeva deyib ki, hamiləlik aǧırlaşmalarının qarşısını almaq üçün müəyyən istiqamətlər var: "Riskli hamiləlik keçirən qadınlar qeydiyyata alınmalı, nəzarətdə olmalıdır. Ikincisi, lazım olarsa, vaxtında müəyyən müayinələrdən keçmək lazımdır, ekstrogenital xəstəlikləri olan ( ürək, böyrək, endokrin və.s xəstəliklər) hamilələrə nəzarət edilməlidir. Hamiləlik zamanı ekstrogenital xəstəlikləri olanların xəstəlikləri daha da fəsadlaşır və hamiləlik aǧırlaşması baş verir". L.Rzaquliyeva vurǧulayıb ki, hamiləlik ağırlaşmalarının qarşısını almaq üçün işlərì sadəcə aktivləşdirmək lazımdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR