Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qulu Məhərrəmli 2 sayt açdı

Qulu Məhərrəmli 2 sayt açdı

Date: 19 October 2016 15:29

Tanınmış jurnalist Qulu Məhərrəmli “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə 2 sayt yaradıb.

 

Lent.az-ın məlumatına görə bu barədə media ekspertinin özü feysbuk səhifəsində məlumat yazıb: “Hörmətli media nümayəndələri və gənc həmkarlarım!

 

Sizlərdən Azərbaycan dilinin bu və ya başqa problemləri, daha çox hansısa sözün düzgün yazılışı, yaxud tələffüzü ilə bağlı çoxlu suallar alıram. Özünüz şahidsiniz ki, imkan daxilində bu sualları məmnuniyyətlə də cavablandırıram. Təəssüf edirəm ki, bəzən dərsdə və ya hər hansı toplantıda olduqda telefon zənglərinizə və suallarınıza cavab verə bilmirəm. Buna görə də sizə yardımçı olmaq üçün "azleks.az" və "orfoqrafiya.az" saytlarının xidmətlərindən istifadə etmənizi məsləhət görürəm. Elekrtron lügətlər toplusu olan bu saytların sizlər üçün faydalı olacağına, lazımınca bəhrələnəcəyinizə ümid edirəm. Ana dilimizin keşiyində dayanan hər kəsə uğurlar!!!”.


Tags:  Qulu Məhərrəmli sayt açdı


RƏYLƏR


Top news