Növbəti SAT imtahanlarının tarixi açıqlandı

Növbəti SAT imtahanlarının tarixi açıqlandı
16:29 19 Oktyabr 2016
139 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dekabr ayının 3-də növbəti SAT imtahanlarını keçirəcək.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və noyabr ayının 3-ü saat 09:00-dək davam edəcək (gözləmə siyahısı üçün qeydiyyat isə noyabr ayının 26-na kimidir).



İmtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar. 

Qeydiyyatdan keçmək haqqında http://www.tqdk.gov.az/exam/sat/ keçidindən əldə etmək mümkündür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR