Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Savçenko Ali Radada qalmaqal yaratdı - VİDEO

Savçenko Ali Radada qalmaqal yaratdı -  VİDEO

Date: 20 October 2016 15:43

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko parlamentin milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin iclasında qalmaqal yaradıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, deputat iclas salonunu tərk edib.

O, bununla da deputatlara bir sıra əhəmiyyətli məsələlər üzrə kvorumu toplamağa mane olub. İclasda 2017-ci ilin hərbi büdcəsi, təcavüz şəraitində Ukraynanın informasiya məkanının müdafiəsi üzrə ölçülər haqqında Ukrayna Təhlükəsizlik Komitəsinin hesabatı, həmçinin Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi imkanı müzakirə edilirdi.

Həmkarları Savçenkonun hərəkətini sərt şəkildə tənqid ediblər. “Xalq Cəbhəsi” fraksiyasından Yuri Bereza Savşenkonu piar aparmaqda ittiham edib və onun hərəkətini “yaraşmayan davranış” adlandırıb.

Ömər Dağlı


Tags:  Savçenko Ali Radada qalmaqal yaratdı VİDEO

RƏYLƏR


Top news