Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub" - XİN rəsmisi

"Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub" - XİN rəsmisi

"Ermənistan Sərsəng su anbarının ehtiyatlarını siyasi təhdid aləti olaraq istifadə edir" (15 Mart 2017 14:27)
“Hollandiya beynəlxalq hüquqa hörmətsizlik edib” - VİTSE SPİKER (13 Mart 2017 15:49)
Milli Məclis sədrinin I müavini: “Hollandiya tərəfinin hərəkətləri beynəlxalq hüquqa hörmətsizlikdir” (13 Mart 2017 15:27)

Tarix: 20 Oktyabr 2016 17:49

 

 

"Azərbaycan Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi səbəbindən təəssüf ki, insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri bu ərazidə tam yerinə yetirə bilmir".

 

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Komitəsinin Cenevrədə keçirilən 118-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövrü hesabatının təqdim olunduğu iclasda çıxışı zamanı deyib.

 

O bildirib ki, Ermənistan 20 ildir, bu işğalı davam etdirir: “Bu il isə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir. Bu işğal və etnik təmizləmə  nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, əsas insan hüquq və azadlıqlarından məhrum edilib. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub, insanları qətlə yetirib, hərbi cinayətlər törədib. Xocalı faciəsi baş verib. Lakin Azərbaycan münaqişəsinin sülh yolu, ilə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır”.


Teqlər:  Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub XİN rəsmisi



RƏYLƏR


Top xəbərlər