Kriştiano Ronaldo meneceri Xorxe Mendesin qızını işə götürüb.
Fanat.Az xəbər verir ki, "Real"ın portuqaliyalı ulduzu sosial media hesablarını Marisa Mendesə tapşırıb.
Maraqlıdır ki, bir müddət əvvəl Kriştiano və Marisanın sevgili olması barədə xəbərlər yayılmışdı. Amma onlar xəbərləri təkzib etmişdi.
Qeyd edək ki, Ronaldonun "Twitter"də 47.6, "Facebook"da 117 milyon izləyicisi var.
Fanat.Az