Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göygöldə qəza: 2 yaralı

Göygöldə qəza: 2 yaralı

Date: 21 October 2016 03:39

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl -Toğana avtomobil yolunun Göygöl şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada iki avtomobil toqquşub. Qəza zamanı sürücülərdən biri 1996-cı il təvəllüdlü Məmməd Mahiyyədin oğlu Məmmədov və digər avtomobilin sərnişini, 1956-cı il təvəllüdlü Ayaz Müzəffər oğlu Aşurov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


Tags:  Göygöldə qəza yaralı


RƏYLƏR


Top news