Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.