Sədərəkdəki əməliyyatla bağlı RƏSMİ MƏLUMAT

Sədərəkdəki əməliyyatla bağlı RƏSMİ MƏLUMAT
14:34 21 Oktyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

 

Daxili İşlər Nazirliyi Bakıdakı ticarət mərkəzində həyata keçirilmiş axtarış tədbirləri ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 20-də Qaradağ rayonunun ərazisində yerləşən ticarət mərkəzindəki 5 (beş) mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülüb.

 

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR