Bu gün saat 15 radələrində Heydər Əliyev prospektinin Suraxanı rayonundan keçən hissəsində (Aerport yolu) iki minik avtomobili toqquşub. Lent.az-ın məlumatına görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılardan birinə hadisə yerində tibbi yardım göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 58 yaşlı Fuad Qasımov isə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.