Azərbaycan XİN-dən Nalbandyana CAVAB

Azərbaycan XİN-dən Nalbandyana CAVAB
15:54 21 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

“Münaqişənin yeganə mümkün həlli Azərbaycan ərazilərinin işğaldan azad olunması, Dağlıq Qarabağın erməni və Azərbaycan icmasının muxtar statusda yenidən sülh şəraitində birgə yaşayışıdır”

Bakı. Məlahət Nəcəfova – APA. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın  jurnalistlərin ümumerməni forumundakı çıxışına münasibət bildirib.

 

H. Hacıyev APA-ya açıqlamasında bildirib ki, Ermənistan xarici işlər nazirinin açıqlaması ötən əsrdə I və II dünya müharibələrinin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin məntiqinə bənzəyir: “Diplomatiya ünsiyyət qurmağı və danışıqlar yolu ilə məsələlərin həllini tələb etsə də, bu açıqlama feodal və faşist təfəkkürlü insanlarla sülh və birgəyaşayış haqqında danışmağın qeyri-mümkünlüyünü bir daha göstərir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və Azərbaycan icmasının muxtar statusda yenidən birgə yaşaması kimi konstruktiv yanaşmanı “təhdid” kimi dəyərləndirən Ermənistan rejimindən bundan artıq nə gözləmək olar?”

 

H. Hacıyev deyib ki, Azərbaycanın münaqişəni həlli ilə əlaqədar mövqeyi aydın, qəti və konstruktiv xarakter daşıyır: “Dövlətimizin başçısı tərəfindən “Sputnik” informasiya kanalına verilmiş son müsahibədə bu mövqe bir daha aydın şəkildə ifadə olundu. Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki Yekun Aktı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə əsaslanır. Münaqişənin yeganə və mümkün həlli Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmasının ölkəmizin tərkibində muxtar statusda yenidən sülh şəraitində birgə yaşayışıdır. Yalnız Ermənistanın və erməni lobbisinin təsiri altında olan bəzi məhdud dairələr Qarabağın “müstəqilliyi” kimi utopik və cəfəng fikirlərlə Azərbaycana təzyiq göstərməyə çalışır və bunun mümkünsüzlüyünü görərək, Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər. Ermənistan tərəfi ATƏT Minsk Qrupunun həmsədrlərinin bəyanatlarına tez-tez istinad etsə də, hələ onların mahiyyətini dərk etmir. Bu bəyanatlarda birinci addım kimi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Bəyanatlarda istifadə olunan güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri Helsinki Yekun Aktından irəli gəlir. Helsinki Yekun Aktında isə xalqların öz müqəddəratını təyin etməsi prinsipi ifadəsinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına xələl gətirməməsi təsbit olunub.  Ermənistan xarici işlər nazirinin özünün də etiraf etdiyi kimi, bu prinsiplər tam xarakter daşıyıq və biri-digərinə qarşı ola bilməz. Münaqişənin həlli ilə əlaqədar planlar da hər kəsə çox yaxşı məlumdur. Tragikomik səhnələr, təxribat və bəhanələrlə münaqişənin həllinə maneə olan tərəfin də Ermənistan olduğu hamıya yaxşı məlumdur. Ermənistanın xunta rejiminin münaqişə xofu altında yürütdüyü siyasət nəticəsində Ermənistanın gələcəyi yoxdur. Ölkə əhalisinin 70 faizindən çoxu nəinki yoxsulluq, hətta aclıqdan əziyyət çəkir. İşsizliyin səviyyəsi 50 faizə qədər yüksəlib. 2,5 milyard dollar büdcəsi olan ölkənin xarici borcu 5 milyarda yaxınlaşır. Xarici borcun real gəlirləri üstələməsi Ermənistanın tam defolta yaxınlaşmasının göstəricisidir. Siyasi mənsubiyyətinə və baxışına görə insanların öldürülməsi və terrora məruz qalması, polis və dövlətin nəzarətində olan qeyri-qanuni silahlı qruplaşmaların zorakılığı Ermənistanda insan hüquqlarının dözülməz vəziyyətdə olduğunu göstərir. Ermənistan yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində dünyada yeganə monoetnik tərkibli dövlətdir”.

 

H. Hacıyevin sözlərinə görə, heç kim qonşuluğunda ac və yoxsul ölkənin olmasını istəmir, o cümlədən Azərbaycan: “Bu kimi ucuz və cəfəng təbliğatla və mif yaradıcılığı ilə məşğul olaraq, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə Ermənistan rəhbərliyi münaqişənin həlli prosesində konstruktiv addımlar atmalı, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır. Ermənistan rejimi bu reallığı nə qədər tez dərk edərsə, erməni xalqı da bir o qədər tez regiondakı sülh və əməkdaşlıqdan faydalana bilər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan xalqının haqlı tələbidir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suverenliyin təmin edəcək”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DGK: İsrail vətəndaşına qanunsuzluq edilməyib

23 May 2017 11:19

DGK İsrail vətəndaşı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi - VİDEO

23 May 2017 11:18

Zakir Həsənov: "Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir"

23 May 2017 11:17

Şahid: "Partlayış zamanı Ariana Qrande səhnədə yox idi"

23 May 2017 11:17

Millətlər Komitəsinin sədri: "Tümendə Azərbaycan və azərbaycanlılara qarşı xüsusi rəğbətlə yanaşırlar"

23 May 2017 11:17

Çakır yeni sevgilisi ilə yaxalandı - FOTO

23 May 2017 11:14

Londonda terror həyəcanı verildi

23 May 2017 11:13

İslamiadanın son yarış günündə medal qazanan Azərbaycan idmançıları mükafatlandırılıb

23 May 2017 11:12

Xərçəng diaqnozu qoyulan Hülyadan xəbər var

23 May 2017 11:12

700 bal toplayan tələbə: Ən böyük arzum - Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olmaq idi (FOTO)

23 May 2017 11:08

Prezident və ailəsinin bağlanış mərasimindən FOTOLARI

23 May 2017 11:08

Şahandan xanımına romantik ildönümü mesajı

23 May 2017 11:05

Daha bir milyarder, daha bir boşanma: 15 milyard dollarlıq təzminat tələbi - FOTO

23 May 2017 11:05

İsrail əsgərləri Trampın səfər edəcəyi ərazidə fələstinli gənci güllələdilər

23 May 2017 11:03

Trampın çıxış zamanı nazir yatdı - İVANKANIN YANINDA

23 May 2017 10:59

"Azərittifaqı Sənaye Müəssisələri Birliyi" dövlət qurumunu məhkəməyə verib

23 May 2017 10:57

Narkotik alverçisi idi, zirvəyə yüksəldi

23 May 2017 10:57

Bakcell Ulduzum proqramının yenilənmiş internet səhifəsini təqdim edir

23 May 2017 10:55

Azərbaycanlı müğənni unudulmağından danışdı - VİDEO

23 May 2017 10:54

Arvadı üçün məxfi peyk məlumatlarını Rusiyaya satmaq istədi

23 May 2017 10:53

Konte ən yaxşı məşqçi seçildi

23 May 2017 10:52

Zakir Həsənov Batumiyə gedib

23 May 2017 10:52

Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

23 May 2017 10:50

Ordunun ən gözəl qadın əsgəri

23 May 2017 10:49

Türkiyəli kardioloqdan oruc tutanlara VACİB MƏSLƏHƏTLƏR

23 May 2017 10:48

İDDİA: İngiltərə terrorunu törədən öldü - Həlak olanların sayı artdı - FOTO

23 May 2017 10:47

Aygün Bayramova ərə gedir - Bu gün toyudur

23 May 2017 10:47

Tatlısəsin qızı Atatürk üçün ağladı: “Allah gözəlim Atatürkü buraya gətirəcək” -VİDEO

23 May 2017 10:47

Britaniyada terror qurbanları arasında azərbaycanlılar var?

23 May 2017 10:47

Sənəd verən abituriyentlərin sayı niyə azdır? - Səbəb AÇIQLANDI

23 May 2017 10:47

Prezident və ailəsi bağlanış mərasimində - FOTOLAR

23 May 2017 10:47

Türk müğənni 48 yaşında belə geyindi - FOTO

23 May 2017 10:47

Neft bahalaşmaqda davam edir

23 May 2017 10:45

28 May - Respublika Günü Misir mətbuatının gündəmində (FOTO)

23 May 2017 10:43

İraq neft qiymətlərində yüksəlişi dayandırıb

23 May 2017 10:42

Hülya Koçyiğit əməliyyat olunub

23 May 2017 10:42

AİF istiqrazlarının növbəti partiyasını yerləşdirməyə hazırlaşır

23 May 2017 10:37

Mançestrdəki terrorun məsuliyyətini İŞİD üzərinə götürüb

23 May 2017 10:37

İŞİD məsuliyyəti üzərinə götürdü - Mançesterdəki partlayışa görə

23 May 2017 10:36

K'skin istilər 1000-dən çox insanı xəstəxanalıq etdi

23 May 2017 10:36

“Samsung” şirkəti uzadıla bilən OLED displey hazırlayıb

23 May 2017 10:35

53755 nəfər ali məktəblərə ikinci dəfə imtahan verəcək

23 May 2017 10:29

DİM: Sənəd verən abituriyentlərin az olmasına builki məzunların sayının azalması da təsir göstərib

23 May 2017 10:29

İngiltərədəki partlayışdan sonra paylaşılan QORXUNC TVİT aranı qarışdırdı - VİDEO - FOTO

23 May 2017 10:27

“Azərişıq” Cocuq Mərcanlıda yarımstansiyanın inşasını başa çatdırıb

23 May 2017 10:27

Fahriye Evcen 7 il sonra Klaudiya ilə görüşdü - FOTO

23 May 2017 10:27

Azərbaycanda dönər aparatı faciəyə səbəb oldu: ölən var

23 May 2017 10:24

Milli Parkda yanğın

23 May 2017 10:23

11-cilər imtahanda

23 May 2017 10:23

Kuba mətbuatı: Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi

23 May 2017 10:22