Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın Danisi Avroliqanın ən yaxşı futbolçusu oldu

"Qarabağ"ın Danisi Avroliqanın ən yaxşı futbolçusu oldu

Date: 21 October 2016 18:44

“Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusunu seçilib.

Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayan ispaniyalı yarımmüdafiəçi bütün rəqiblərini qabaqlayıb.

O, Kevin Monne Poke ("Sent-Etyen”, 8 faiz), Viktor İbarbo (“Panatinaykos”, 8 faiz), Pol Poqba (“Mançester Yunayted”, 7 faiz), Raul Rusesku (“Osmanlıspor”, 4 faiz), Antonio Kandreva (“İnter”, 2 faiz), Yevgeni Konoplyanka (“Şalke”, 2 faiz) və Nikola Kaliniçi (“Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə geridə qoyub.

Qeyd edək ki, “Qarabağ” – PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən 29 yaşlı futbolçu oyunda ilk qolun müəllifi olub.


Tags:  Qarabağın Danisi Avroliqanın futbolçusu oldu


RƏYLƏR


Top news