“Gənc Səslər, Qədim Nəğmə” filminin nümayişi keçirildi

“Gənc Səslər, Qədim Nəğmə”  filminin nümayişi keçirildi
22:04 21 Oktyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun müəllifi olduğu “Gənc Səslər, Qədim Nəğmə” adlı sənədli filminin nümayişi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri, filmin icraçı prodüseri Tale Heydərov Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə verdiyi böyük töhfələrdən danışıb. O qeyd edib ki, Azərbaycanın şah əsəri olan muğam bu töhfələr içində xüsusi rol oynayır: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban Əliyeva muğamın Azərbaycanda və xaricdə tanınmağı sahəsində çox işlər görüb. 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Həmin ildən bəri muğamın dünyada və Azərbaycanda tanınması sahəsində çoxlu işlər görülüb. Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb, “Azərbaycan muğam antologiyası” və “Qarabağ xanəndələri” adlı albom hazırlanıb. Artıq bir neçə ildir ki, beynəlxalq muğam müsabiqələri keçirilməkdədir”.

 

T. Heydərov qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyətinin tutduğu strateji xətlərdən biridir: “Məqsədimiz münaqişənin xaricdə doğru-düzgün çatdırılması və bu sahədə çoxlu müxtəlif metodlardan istifadə olunmasıdır. Onlardan biri Qarabağ haqqında rus, fransız, ingilis dillərində kitabların nəşri, sənədli filmlərin çəkilməsi, müxtəlif televiziya proqramlarının hazırlanması və bu proqramların beynəlxalq kanallarda göstərilməsinə nail olmaqdır. Bildiyiniz kimi Dağlıq Qarabağ münaqişəsi təkcə humanitar problemlərə səbəb olmayıb. Eyni zamanda Azərbaycanın mədəniyyət beşiyi sayılan Qarabağın müxtəlif mədəni abidələrinin dağıdılmasına gətirib çıxarıb. Bunun da nəinki Azərbaycan mədəniyyətinə, ümumən beynəlxalq mədəniyyət irsinə böyük zərbə vurduğu bilinir. Bu məqsədlə biz bu faktı beynəlxalq aləmə çatdırmaq üçün belə bir sənədli filmin çəkilməsinə qərar verdik. Biz Azərbaycanı uzun illərdən bəri tanıyan Cefri Verboku işə cəlb etdik. Cefri Verbok Azərbaycan muğamını sadə vətəndaşdan daha çox bilir və peşəkar muğam ifaçısı statusu qazanıb. Bu illər ərzində biz filmin ərsəyə gəlməsinə çalışdıq. Mən deyərdim ki, bu, bizim ən uzun müddətli layihəmizdir. Bu filmin reallaşmasına dörd ildən artıq vaxt gedib”.

 

T. Heydərov əlavə edib ki, filmin digər ölkələrdə nümayiş olunması və tanıdılması əsas məqsədlərdən biridir: “Əsas məqsədimiz işğala, çətinliyə baxmayaraq muğam sənətinin Azərbaycanda yaşadığını göstərməkdir. Bunu yaşadan Qarabağdan gələn məcburi köçkünlərdir. Onların sayəsində, eyni zamanda dövlətin bu sahəyə göstərdiyi diqqət sayəsində bu gün muğam Azərbaycanda yaşamaqdadır. Biz bu filmin premyerasını Londonda uğurla nümayiş etdirmişik. Məqsədimiz filmi dünyanın digər ölkələrində də nümayiş etdirməkdir”.

 

Təqdimatda ekran əsərinin müəllifi Cefri Verbok təəssüratlarını tamaşaçılarla bölüşüb. C. Verbok qeyd edib ki, on altı il əvvəl Azərbaycan mədəniyyəti haqqında film çəkmək ideyası yaranıb və uzun illərdən sonra Avropa Azərbaycan Cəmiyyəti ona dəstək verib: “Çox şadam ki, biz bu filmi ərsəyə gətirə bildik. Filmin Bakıda təqdim olunması məni çox sevindirir. Filmdə gənclər qədim nəğmə olan muğamı ifa edirlər. Ekran əsərinin çəkiliş prosesində yaşadıqlarım çox maraqlı oldu. Eyni zamanda yurdundan didərgin düşən adamların çox çətin həyatını gördüm. Dünyanın çox ölkəsində qaçqınlar var, amma ilk dəfə Azərbaycanda bu qədər qürurlu insanlar gördüm. Mən Azərbaycan mədəniyyətinə vurğunam. Azərbaycanın çox zəngin mədəniyyəti var. Bu mədəniyyətdən dünyanın az məlumatı var. İstəyirdim ki, bu mədəniyyətə bütün dünyaya çatdıram. Azərbaycanlılar layiqdir ki, onların mədəniyyətini dünya tanısın”.

 

Sonra film nümayiş olunub. Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen kimi danışılır. Muğam qədim mənşəyi olan, yüksək dərəcədə mürəkkəb, incə koloritli, ölçüsü olmayan mikrotonlu, mənəvi baxımdan güclü və emosional musiqidir. Ekran əsərində eyni zamanda muğamın sehrinə və mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal istedadı barədə bəhs edilir. Filmdə eyni zamanda bu istedadlara işğalın vurduğu zərbə,  Dağlıq Qarabağ münaqişəsinin azərbaycan və dünya mədəni irsinə vurduğu zərbə göstərilib, münaqişə barədə ətraflı məlumat verilib.

Tanınmış amerikalı  muğam ifaçısı  Cefri Verbok 2000-ci ildə Azərbaycanın  məcburi köçkün düşərgələrinin birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq , qədim muğam ənənələrini yaşadan az yaşlı uşaqların ifasına valeh olur.  Amerikaya qayıtdıqdan sonra çəkdiyi kadrları izləyərkən, onlardan birinin vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirir. Cefri vaxtilə gördüyü bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını və yeni gənc nəslin öz zəngin muğam irsinə maraq göstərib-göstərmədiyini  öyrənmək məqsədilə  8 il sonra yenidən Azərbaycana gəlir.Onun məcburi köçkün düşərgələrinə maraqlı və sərgüzəştlər ilə müşayiət olunan səyahəti başlayır.

 

Sözügedən filmdə C. Verbokun vaxtı ikən dinlədiyi həmin  üç uşaq ifaçının yeni köçkün qəsəbələrində axtarışları, onların indiki həyatı və musiqi bacarıqlarının necə inkişaf etdirməsi haqqında söz açılır. 

 

Təqdimat mərasimi Cefri Verbokun kamançada Azərbaycan muğamının ecazkar ifası ilə yekunlaşıb.

 

“Gənc Səslər, Qədim Nəğmə” ekran əsərinin icraçı prodüseri Tale Heydərov, rejissorları Keti-Robin və Cefri Verbokdur. Filmin çəkilişləri Bakı, Bərdə, İmişli və digər yerlərdə aparılıb.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yəməndə qorxunc xəstəlikdən ölənlərin sayı artır -

24 İyul 2017 00:56

Qorxunc xəstəlikdən ölənlərin sayı 2000-ə yaxınlaşır

24 İyul 2017 00:43

Tovuzda qadın ailə münaqişəsi zəminində intiharara cəhd edib

24 İyul 2017 00:42

Ağstafada iki maşın toqquşdu - 3 yaralı

24 İyul 2017 00:39

Tovuzda 28 yaşlı qadın dərmandan zəhərləndi

24 İyul 2017 00:34

Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi

24 İyul 2017 00:23

Ermənistandan gizlicə Türkiyəyə keçdilər -

24 İyul 2017 00:19

Günün qoroskopu: narahatlıq üçün heç bir səbəb yoxdur

24 İyul 2017 00:17

Cüdoçumuz AVRO-da gümüş medal qazandı

24 İyul 2017 00:14

Astroloji proqnoz - 24 iyul

24 İyul 2017 00:13

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdini qəbul edib

24 İyul 2017 00:05

İki məşhur rəfiqə çimərlikdə - FOTO

24 İyul 2017 00:05

Övladlarınıza gözəl adlar qoyun

23 İyul 2017 23:52

İraq ordusundan növbəti uğur -

23 İyul 2017 23:49

İranda güclü zəlzələ baş verdi

23 İyul 2017 23:48

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

23 İyul 2017 23:47

Gözdəymə və ondan necə qorunmaq haqqında

23 İyul 2017 23:42

Abşeron çimərliyində 37 yaşlı kişi batıb

23 İyul 2017 23:37

Xəzərdə 37 yaşlı kişi batdı

23 İyul 2017 23:34

Ermənistanda hərbçinin asılmış meyiti tapıldı

23 İyul 2017 23:33

Məlahətli pilot Playboy üçün soyundu - FOTO

23 İyul 2017 23:32

İranda 5,4 bal gücündə zəlzələ olub

23 İyul 2017 23:27

Yaxınlarını itirmək qorxusundan neca azad olmaq olar?

23 İyul 2017 23:22

Arvadını boşadı, sevgilisini də tərk edib yenisini tapdı - FOTO

23 İyul 2017 23:22

İndoneziyada güclü zəlzələ -

23 İyul 2017 23:22

Qvardiola “Real”dan oyunçu aldı

23 İyul 2017 23:19

Tamilla: "Bilirəm, Bakı üçün uyğun olmayan bədənim var" - FOTO

23 İyul 2017 23:17

Yuxu zamanı boğulma hissi ilə oyanırsınızsa…

23 İyul 2017 23:17

Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub

23 İyul 2017 23:12

Böyrəklərin təbii vasitələrlə təmizlənməsi

23 İyul 2017 23:12

Ermənistan hərbçisi asılmış vəziyyətdə tapıldı

23 İyul 2017 23:09

Neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib “SOCAR-ın vitse-prezidenti qohumumdur”

23 İyul 2017 23:05

Məşhurların satışa çıxarılan əşyaları - FOTO

23 İyul 2017 23:05

Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının FOTOları - YENİLƏNİB

23 İyul 2017 22:57

"Yalnız azərbaycanlılar kişi çıxdı, məni işə götürdülər" - Layma Vaykule

23 İyul 2017 22:57

İsrail səfirliyinə silahlı hücum -

23 İyul 2017 22:56

Haram tikədən imtina edənlərin özəl mükafatı

23 İyul 2017 22:52

İsraildə ermənilər Azərbaycanı dəstəkləyən meri təhdid edir

23 İyul 2017 22:52

Allergiyanın əmələ gətirdiyi xəstəliklər hansılardır?

23 İyul 2017 22:47

Boşanmış qadın sevdiyi insanla görüşə bilərmi?

23 İyul 2017 22:42

Ağ Evdə məlumat sızması olduqda...

23 İyul 2017 22:42

Şəmkirdə 15 nəfər kababdan zəhərləndi

23 İyul 2017 22:37

Ermənistanda hərbi hissəni icazəsiz tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb

23 İyul 2017 22:37

Əmmanda İsrail səfirliyinə silahlı hücum olub, yaralananlar var

23 İyul 2017 22:37

Ən gözəl boksçu - FOTO

23 İyul 2017 22:32

Ailəli xanımın gənc sevgilisiylə yaşadığı fantaziya faciə ilə nəticələndi -

23 İyul 2017 22:30

İsrailin İordaniyadakı səfirliyinə terror hücumu olub

23 İyul 2017 22:27

İsrail səfirliyinə hücum oldu - Əmmanda

23 İyul 2017 22:24

Nikah bağlamağın qaydaları

23 İyul 2017 22:22

Bu qidalar zəhərlənməyə səbəb ola bilir

23 İyul 2017 22:17