Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Türkmeneli” TV-nin əməkdaşı öldürüldü - İraqda

“Türkmeneli” TV-nin əməkdaşı öldürüldü - İraqda

Tarix: 22 Oktyabr 2016 00:19

İraqın Kərkük şəhərində “Türkmeneli” telekanalının xəbər direktoru Əhməd Nəcməddin Haceroğlu öldürülüb.

 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə türkmənlərin Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf bildirib.

 

Onun sözlərinə görə, İŞİD-in hücumlarını işıqlandırmaq istəyən jurnalist avtomobilə edilən hücum nəticəsində həyatını itirib.

 

Məlumata görə, Kərkükdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, hərbçilər və mülki vətəndaşlar İŞİD snayperlərinin hədəfinə tuş gəlirlər.


Teqlər:  Türkmeneli TV-nin əməkdaşı öldürüldü İraqda



RƏYLƏR


Top xəbərlər