“Qalatasaray”ın sabiq futbolçusu güllələndi

“Qalatasaray”ın sabiq futbolçusu güllələndi
13:29 22 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

“Qalatasaray”ın sabiq futbolçusu Burhan Yıldız öldürülüb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin aşağı yaş qruplarının formasını geyinmiş 21 yaşlı oyunçu “Beylikdüzü” metrostansiyası yaxınlığında baş verən atışmada zaman dünyasını dəyişib.

 

Belə ki, yerli vaxtla saat 15:45-də dayanacaq yaxınlığında 2 nəfər mübahisə edərək, kafedən çıxıb. Onlar küçədə də mübahisəni davam etdiriblər. Yekunda isə bu şəxslərdən biri Yıldızı başından güllələyib. Şahidlər 5 dəfə atəş açıldığını deyiblər.

 

Futbolçu xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında vəfat edib. Cinayətkarların axtarışı isə davam edir.

 

Qeyd edək ki, 2012-ci ildə “Qalatasaray”a tarnsfer olunan Yıldız 3 il İstanbul təmsilçisinin aşağı yaş qrupunun formasını geyinib. O, ardınca “Amedspor”a, oradan isə “Silivrispor”a keçib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR