Miqrant axını davam edir: dənizdə 1000 mühacir xilas edildi

Miqrant axını davam edir: dənizdə 1000 mühacir xilas edildi
22:29 22 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

 İtaliya sahil mühafizə qüvvələri Aralıq dənizində minədək afrikalı miqrantı xilas edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, miqrantların xilas edilməsi əməliyyatında həmçinin “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatın nümayəndələri də iştirak edib.  

 

Məlumata görə, dənizdə bir rezin qayığın batması nəticəsində 10 miqrant itkin düşüb, onlardan doqquzunun meyitini bir müddət sonra aşkarlamaq mümkün olub.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR