Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıya satmağa gətirdiyi "BMW" yolda yandı

Bakıya satmağa gətirdiyi "BMW" yolda yandı

Date: 23 October 2016 10:44

Şəkidə minik avtomobili yanıb.

 


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 05:20 radələrində Şəki şəhər sakini Orxan Yunus oğlu İdrisov idarə etdiyi “BMW” markalı “99 HD 126” dövlət nömrə nişanlı avtomobillə Şəki-Oğuz avtomobil yolunun 15-ci kilometrliyində hərəkətdə olarkən maşın anidən yanmağa başlayıb.

 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

FHN-nin Şəki rayon DYMH-dən verilən məlumata görə, O. İdrisov idarə etdiyi avtomobilini satmaq məqsədi ilə Bakıya gedirmiş.  Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır. 


Tags:  Bakıya satmağa gətirdiyi BMW yolda yandı


RƏYLƏR


Top news