Yaponiyada istefada olan hərbçi özünü və avtomobilini partladıb - YENİLƏNİB

Yaponiyada istefada olan hərbçi özünü və avtomobilini partladıb - YENİLƏNİB
18:04 23 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər Yaponiyada törədilən partlayışların təfərrüatları məlum olub.

 

APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, Yaponiya Özünümüdafiə Qüvvələrinin istefada olan əməkdaşı Tosikatsu Kurixara Utsunomiya şəhərində parkda bayram tədbiri keçirilərkən üzərindəki partlayıcı qurğunu işə salıb.

 

Partlayış samuray paltarı geyinmiş uşaqların şəhərin mərkəzindəki parka yaxınlaşan zaman baş verib. Partlayış nəticəsində biri uşaq olmaqla, üç nəfər yaralanıb. T. Kurixaranın cəsədi isə tanınmaz hala düşüb, 72 yaşlı hərbçini yalnız dişindən müəyyən etmək mümkün olub. T. Kurixaranın paltarından bir məktub tapılıb. O, həyatdan bezdiyini yazıb.

 

Eyni vaxtda parkdan 200 metr kənarda yerləşən dayanacaqda bir avtomobildə də partlayış baş verib. Polis avtomobilin T. Kurixaraya məxsus olduğunu müəyyənləşdirib. T. Kurixaranın ev də bu gün tamamilə yanıb.

 

Polis araşdırma aparır. 

 

***

 

saat 09.09

 

 

Bu gün  Yaponiyanın Utsunomiya şəhərində törədilən silsilə partlayışlar nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yaponiya polisi açıqlayıb.

 

Utsunomiya şəhəri xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir. 

 

**

 

saat 08.57

 

 

Bu gün Yaponiyanın Totiqi əyalətindəki Utsunomiya şəhərində partlayış baş verib.

 

APA məlumatına görə, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

 

Partlayış avtomobil dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb. Yaralılardan birinin durumu ağırdır. Hadisə yerində yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Hələ ki, hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR