Mourinyonu Londonda “sındırdılar” - VİDEO

Mourinyonu Londonda “sındırdılar” - VİDEO
10:33 24 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İngiltərə çempionatının son turunda "Çelsi" Londonda "Mançester Yunayted"i darmadağın edib. Qarşılaşmaya rəng qatan əsas məqam qonaqların baş məşqçisi Joze Mourinyonun sabiq klubuna qarşı çıxışı olub.

Publika.az xəbər verir ki, görüş "Zadəganlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Pedro Rodriqes (1-ci dəqiqə), Qari Kehill (21), Eden Hazard (62) və N'Qolo Kante (70) fərqlənib. Sonuncu, "Çelsi"nin heyətində ilk qolunu vurub.

Bu, londonlular üçün cari çempionatda ardıcıl üçüncü qələbə olub. Onlar Premyer Liqada "Mançester Yunayted"ə ardıcıl 8 oyundur ki, məğlub olmurlar (4 qələbə, 4 heç-heçə). Hazırda "Çelsi" turnir cədvəlində 19 xalla 4-cü, "Mançester Yunayted" isə 14 xalla 7-ci yerdə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR