Xorvatiya prezidenti: "Aramızda açıq qalan məsələ yoxdur"

Xorvatiya prezidenti: "Aramızda açıq qalan məsələ yoxdur"
14:39 24 Oktyabr 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

 

“Bizim artıq ötən gecə Bakıda və Azərbaycanın digər yerlərində yaşayan Xorvatiya icmasının üzvləri ilə görüşmək imkanımız oldu. Mən şadam ki, milli futbol komandanızın baş məşqçisi Prosineçki ilə yanaşı, xüsusilə iqtisadi sektorda, əczaçılıq, həmçinin, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox başqa insanlar var”.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç prezidentlərin geniş tərkibli görüşündə çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan və Xorvatiya arasında açıq qalan məsələlər yoxdur: “Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusilə iqtisadiyyat, mübadilə, investisiya və ticarət sahələrində əməkdaşlığımızı, həmçinin xalqlar arasında, mədəniyyət, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı, əlaqələndirməni və məsləhətləşmələri dərinləşdirmək və genişləndirmək üçün çoxlu imkanlar var. İki ölkə arasında strateji tərəfdaşlıq və dostluqla bağlı Zaqreb Bəyannaməsinin imzalanmasından sonra düşünürəm ki, hökumətlərarası komissiyanın görüşüb hərtərəfli əməkdaşlığa, daha çox irəliləyişə nail olmağın təfərrüatları ilə bağlı müzakirələr aparması baxımından atılmalı olan konkret addımlar var”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR