Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda kütləvi dava:20 yaşlı gənc bıçaqlandı

Bakıda kütləvi dava:20 yaşlı gənc bıçaqlandı

Bakıda KÜTLƏVİ DAVA: iki nəfər bıçaqlandı (01 Mart 2017 12:42)
Bakıda 29 yaşlı oğlan bıçaqlandı (22 Fevral 2017 10:27)
Bakıda Ticarət Mərkəzində kütləvi dava - Gənc oğlan bıçaqlandı (13 Fevral 2017 12:13)

Tarix: 25 Oktyabr 2016 02:19

Bakının Səbail rayonu ərazisində kütləvi dava baş verib.

 

APA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında qeydə alınıb.

 

Binanın həyətyanı sahəsində 4 nəfər arasında mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı soyuq silahdan da istifadə edilib. Nəticədə 1996-ci il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu üç bıçaq zərbəsi alıb. Ağır yaralanan V.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

 

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanılıb.


Teqlər:  Bakıda kütləvi dava20 yaşlı gənc bıçaqlandı



RƏYLƏR


Top xəbərlər