Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Paxmel"lər üçün bar açıldı: yumşaq döşək, əyləncə və...

"Paxmel"lər üçün bar açıldı: yumşaq döşək, əyləncə və...

Date: 25 October 2016 18:12

Amsterdamda "Paxmel"dən əziyyət çəkən insanlara kömək etmək üçün bar açılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "The Hangover Bar"da spirtli içkilər verilmir.
Ziyarətçilərin bara girişindən əvvəl alkotesterin köməyi ilə orqanizmdə spirtli içkinin mövcudluğunu yoxlayırlar. İnsanlar barda çarpayılarda uzanaraq dincələ bilərlər. Çarpayıların hər birinin qarşısında televizor qoyulub. Həmçinin onlara vitaminlərin bol olduğu faydalı məhsullar təklif edilir. Bundan başqa, alkoqoldan əziyyət çəkənlər masaj olunur.

"Paxmel"ə üstün gəlmək üçün yumşaq döşək, yemək, əyləncələr və bol vitamin lazımdır", - "The Hangover Bar"ın sahiblərindən biri olan Yup Verbant deyib.

Milli.Az


Tags:  Paxmellər bar açıldı yumşaq döşək əyləncə

RƏYLƏR


Top news