Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Raul favoritini açıqladı

Raul favoritini açıqladı

Date: 25 October 2016 19:04

İspaniya yığmasının sabiq hücumçusu Raul Qonzales “Qızıl top” mükafatına namizədini açıqlayıb. Apasport.az saytı xəbər verir ki, sabiq “Real”lı Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldonu şanslı sayır.

 

Raulun fikrincə, mükafat uğrunda mübarizədən məhz Ronaldo qalib ayrılacaq: “Düşünürəm ki, qalib Kriştianu olacaq. Onunla birlikdə “üçlük”də Qrizmann və Messi də yer alacaq. Ronaldo 2016-cı ildə həm Çempionlar Liqası, həm də Avropa çempionatının qalibi olub. Məhz buna görə onu favorit sayıram. Ronaldo özünə qarşı çox tələbkardı, komandasının qələbə qazanması üçün əlindən gələni edir. Onunla birgə oynayan hər bir futbolçu Kriştianunu sevir və hörmət edir. Mən bunu bilirəm. Çünki vaxtilə özüm də Ronaldo ilə komanda yoldaşı olmuşam”.


Tags:  Raul favoritini açıqladı


RƏYLƏR


Top news