Bizi ölümə aparan ANTİBİOTİKLƏR: 10 milyon insan həyatını itirəcək

Bizi ölümə aparan ANTİBİOTİKLƏR: 10 milyon insan həyatını itirəcək
15:53 26 Oktyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Pensilvaniya ştatında bir qadının bədənində bütün antobiotiklərə qarşı dözümlü olan bakteriya aşkarlanıb. 49 yaşlı qadının bədənində aşkarlanan “Superbug” adlı bakteriya ölkə səhiyyəsini narahat edən ciddi problemə çevrilib. Ona dünyanın ən güclü antibiotikləri vurulsa da, bakteriya məhv olmur.

ABŞ səhiyyəsinin hadisədən bu qədər narahat olması əbəs yerə deyil. Çünki mütəxəssislər əgər uyğun antibiotik tapılmazsa, qadında aşkarlanan bakteriyanın qısa zamanda bütün dünyada yayılacağını proqnozlaşdırırlar. Onların fikrincə, bu halın müşahidə edilmə səbəbi antibiotiklərdən nizamsız istifadədir.

Ölkəmizin də dünyanın bir parçası olduğunu nəzərə alsaq, problemdən uzaqda dayandığımızı deyə bilmərik.

Publika.az-ın “Müfəttiş” layihəsində son günlər havaların soyuması və antibiotiklərə olan tələbatı nəzərə alaraq bu mövzunu araşdırmağı qərara aldıq.

Düzdür, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bu il kəskin respirator virus infeksiyalarında hələ ki, artım olmadığını deyir. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti günlər üçün qarlı hava proqnozu, məsələyə pozitiv yanaşmağımıza imkan vermir. Öskürək, yüksək temperatur və ya qripə qarşı antibiotik axtarışına çıxmamış yazını oxusanız faydalı olar.

Bu günlərdə apteklərdə kiçik bir müşahidə aparmaq bizə dünyada antibiotikdən ən nizamsız istifadə edən ölkə statusunun verilməsi üçün yetərlidir. Elə ki, havalar soyudu, temperaturumuz bir az yüksəldi, boğazımız qıcıqlandı aptekdəki bütün antibiotikləri evimizə toplayırıq. Ötən il hətta bəzi apteklərdə antibiotik qıtlığı belə müşahidə edilirdi. Amma heç diqqət etmisinizmi, bir dəfə istifadə etdiyiniz antibiotikin növbəti dəfə effekt verməməsinə? Heç düşünmüsünüz ki, səbəb antibiotikdən məlumatsız istifadə etməyiniz ola bilər?

Gəlin birlikdə düşünək

Tibb elmində peyvəndlərdən sonra antibiotiklər xəstəliklərin qarşısının alınmasında ən güclü müalicə üsullarından hesab edilir. Antibiotiklər bakteriyalarla yanaşı, xərçəngin müalicəsində istifadə olunur. Doğru istifadə edilərsə, infeksiyaları dayandırar, həyatımız qurtular. Antibiotik bədənimizə daxil olur, xəstəliyə səbəb olan infeksiyaları məhv edir. Əslində antibiotiki muzdlu əsgər də hesab etmək olar. Bədənimiz mikroblarla mübarizə apararkən qəbul etdiyimiz dərmanlar da mübarizəyə qoşulur.

Bəs düzgün istifadə edilməzsə..?

Mütəxəssislər hesab edir ki, antibiotikdən istifadənin artması, virus mənşəli xəstəliklər və yüksək temperatur zamanı lazımsız yerə, dozanın müəyyən edilmədən istifadəsi bədəndə müqavimətin yaranmasına və xəstəliklərin müalicə edilməməsinə səbəb olur.

Artıq bütün antibiotiklərlə mübarizə apara biləcək bakteriyalar yayılıb. Müalicəsi mümkün olmayan xəstələr və xəstəliklərin sayı artır. Alimlər xəbərdarlıq edir ki, əgər qabaqlayıcı tədbirlər görülməzsə, mikroblar qalib gələcək. Bu məsələdə səhiyyə müəssisələri, dərman istehsalçıları və xəstələr də məsuliyyət daşıyır.

Antibiotikdən zəhərlənənlər

Bu gün ölkəmizdə də antibiotiklər ən çox istifadə edilən dərmanlar sırasındadır. Zəhərlənmələrin də ən çox antibiotiklərdən olması, ondan nizamsız istifadə edildiyini göstərir.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Publika.az-a verdiyi məlumata görə, bu ilin 9 ayında 224 nəfər kimyəvi zəhərlənmə ilə müraciət edib: “Onların 130-140 nəfəri dərmandan allergik reaksiyalarla bağlıdır. Dərman zəhərlənmələri əsasən, antibiotik və polivitaminlərdən olur. Biz bunları zəhərlənmə yox, allergik reaksiya kimi qəbul edirik. Antibiotiklərin allergik reaksiyası əsasən, böyüklərdə müşahidə olunur. Uşaqlarda isə daha çox polivitaminlərdən allergiyalar qeydə alınır”.

Onun sözlərinə görə, antibiotiklərdən zəhərlənmələr bədən həssaslığı ilə bağlı olur: “Bəzən ilk, bir çox hallarda isə 2-3 istifadədən sonra bədəndə antibiotikə allergik reaksiyalar müşahidə edilir. Bu reaksiyalara səbəb bəzən həkim məsləhəti yox, qonşunun sözlərinə əsasən antibiotik istifadə edilməsi olur. Hər bir dərman həkim təyinatı ilə qəbul edilməlidir. Antibiotik çox lazımlı və təsirli bir preparatdır. Lakin nə qədər keyfiyyətli olsa da, insanların həssaslığı nəzərə alınmalıdır. Bizə müraciətlər əsasında deyə bilərəm ki, zəhərlənmələr daha çox pensilin, ampisilin qrupu antibiotiklərdən olur”.

10 milyonun ölüm səbəbi olacaq

Mütəmadi antibiotiklərdən istifadə nəticəsində əvvəlcə antibiotiklərin bakteriyalara təsiri azalmağa başladı. Bu zaman alimlər daha güclü təsir edəcək antibiotik hazırlandı. Lakin zaman keçdikcə, artıq antibiotiklərin dövrünün sona çatdığı müəyyən edilib, çünki hazırlanan dərmanlar effektli olmur. Hətta son illər əvvəlki kimi antibiotiklər hazırlanmır. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, antibiotiklərə davamlı bakteriyalar dünya səhiyyəsinə ciddi təhlükədir.

Britaniya alimlərin tədqiqatına əsaslansaq, 2050-ci ildə mikroblar 10 milyon insanın ölüm səbəb olacaq. Müasir tibbin çox nailiyyətləri bu ölümlər qarşısında faydasız qalacaq.

Ölümə aparan yol

Tibb üzrə fəlsəfə doktoru, Tədris Terapevtik Klinikasının Pulmonologiya, allerqologiya, nefrologiya şöbəsinin müdiri Kəmalə Ağayevaya məsələnin çox ciddi olduğunu deyir. O, hər qızdırmaya, ağrıya qarşı antibiotikdən istifadə nəticəsində mikroorqanizm tərəfindən rezidentlik yaratdığını deyib: “Antibiotiklərin qeyri-rasional tətbiqi nəticəsində mikroorqanizmdə onlara qarşı dözümlülük yaranır. Soyuqlama, kəskin respirator xəstəliklər zamanı antibiotik təyin etmək lazım deyil. Virus infeksiyaları zamanı antibiotik təyini bakterial ağırlaşmaların qarşısını almır. Soyuqdəymə adətən selikli, irinli ifrazat və renitlə müşahidə edilir. Bu zaman da antibiotik məsləhət görülmür. Əgər xəstəliyin əlamətləri 14 gündən çox davam edirsə, antibiotik qəbul etmək olar. Çünki bu bakterial ağırlaşma olduğunu göstərir. Həmçinin kəskin farengiti olan xəstələr səbəbin streptakok mənşəli olduğu təsdiqlənsə, adekvat dozada antibiotik təyin edilə bilər”.

Onun sözlərinə görə, tənəffüs yolları xəstəliklərində xarici respirator infeksiyadırsa, ekspertlərin təyin etdiyi dar tərkibli antibiotikdən başlayıb, daha yüksək tərkib spektrlidən istifadə etmək mümkündür: “Bəzən insanlar özləri hər hansı antibiotiki 3 gün istifadə edirlər. Lakin bilməlidirlər ki, növbəti dəfə həmin antibiotik təsir etməyəcək. Hesab edirəm ki, bu halların qarşısını almaq üçün antibiotikin reseptsiz alınmasına qadağa qoyulmalıdır”.

K.Ağayeva deyir ki, bədəndə mikroorqanizmlərin antibiotikə qarşı residentlik yaranması çox təhlükəlidir: “Mikroorqanizmdə antibiotikə qarşı müqavimət yaranması bakterial infeksiyanın daha da çoxalmasına, sepsis halları və sonda ölümə səbəb ola bilər. Həmçinin nəzərə almalıyıq ki, antibiotiklər bir çox xəstəliklərin müalicəsində çox effektivdir. Lakin antibiotikin keyfiyyəti yüksəldikcə, onun qiyməti də artır. Bu da insanların əlçatımlığını çətinləşdirir. Antibiotik nə qədər müasirdirsə, onun təsirləri də o qədər güclənmiş olur”.

Hər il 5 min nəfər

Antibitikdən lazımsız istifadədə xəstələr qədər, apteklərin də məsuliyyət daşıdığını deyən tibbi ekspert Adil Qeybullanın fikrincə, antibiotik yalnız bədənin həssaslığı yoxlanıldıqdan sonra təyin edilə bilər: “Təəssüf ki, antibiotik aptekdə sabun kimi satılır. Bu da yolverilməzdir. Siz xaricdə həkim resepti olmadan antibiotik ala bilməzsiniz. Düzdür, bəzi ağrıkəsiciləri almaq olar, çünki onların sağlamlığa təsiri illərdir təsdiqlənib. Bilməliyik ki, antibiotik tibdə nə qədər dəyərli olsa da, orqanizmə mənfi təsiri çoxdur. ABŞ-da antibiotiklərin yaratdığı fəsadlardan hər il yüzlərlə insan dünyasını dəyişir. Məsələn, antibiotikdən mütəmadi istifadə bağırsaqda psixiko membronoz korekt yaradır. Bu zaman bağırsaqda infeksiyaların fəallaşır. Hər il ABŞ-da 5 min nəfər məhz bu səbəbdən dünyasını dəyişir. İldə səhiyyə sisteminə 4 trilyon dollar xərcləyən ABŞ-da belə hallar baş verirsə, bu bir daha antibiotikdən istifadəyə maksimum diqqətli yanaşmalı olduğumuzu göstərir”.

Ekspert bildirir ki, bəzi antibiotiklərin qulağa, böyrək fəaliyyətinə mənfi təsiri var: “Bunlar hamısı təsdiqlənmiş məqamlardır. Antibiotiklərdən uzun müddət istifadə həssaslığa səbəb olur. Bu dərmanlardan kor-koranə istifadə daha çox MDB ölkələrində yayılıb. Bunun da səbəbi dünya səhiyyəsinin inkişafını qəbul etməmə, müəyyən stereotiplərin olmasıdır.

Geniş spektrli antibiotiki istifadəsini yarımçıq qoyanda bədəndə ona qarşı həssaslıq yaranır. Bir neçə dəfə bu hal təkrarlanandan sonra həmin insanlara antibiotik təsir etmir”.

Bunları bilməlisiniz!!!

Antibiotikdən zəhərlənməmək və bakteriyaların sizi öldürməsini istəmirsinizsə, ondan istifadə etməmişdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.

Bilməlisiniz ki, qrip, öskürək, soyuqlama zamanı antibiotik effektli deyil.

Hər dəfə temperatur yüksələndə antibiotik qəbul etməyə ehtiyac yoxdur.

İshal zamanı isə bu dərmanlar əks-effekt verər. Hətta bəzi yan təsirləri ölümə belə səbəb ola bilir.

Həkiminizin məsləhət gördüyü miqdarda və saatlarda onu qəbul edin. Özümü yaxşı hiss edirəm deyib, müalicə tamamlanmadan antibiotik istifadəsini dayandırmaq olmaz.

Müalicə qurtarandan sonra qalan antibiotikləri atın.

“Müfəttiş”dən bu qədər. Yerli və xarici ekspertlərin antibiotiklə bağlı araşdırmalarını, fikirlərini təqdim etdik. Yeri gəlmişkən, antibiotikdən hədsiz istifadə yaddaşa da təsir göstərir. Növbəti dəfə qripə yoluxanda antibiotik almamışdan əvvəl “Müfəttiş”in dediklərini xatırlayın. Əgər antibiotik yaddaşınızı pozmayıbsa…

Gülxar

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nabi Keytanın transferi ilə əlaqədar razılıq əldə olundu

23 İyul 2017 10:57

"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib

23 İyul 2017 10:57

Türkiyədə 4 bal gücündə zəlzələ

23 İyul 2017 10:52

15 il sonra qəbri açdılar -

23 İyul 2017 10:49

"Azərbaycan və Rusiya liderlərinin münasibətinin səviyyəsi əlaqələrin səmərəliliyini müəyyən edir"

23 İyul 2017 10:47

Azərbaycan çaylarında suyun səviyyəsi xeyli azalıb

23 İyul 2017 10:44

Görün zibil deyib atdıqlarımız nələrə yarayır - Maraqlı üsullar

23 İyul 2017 10:43

Səfəvilər dövlətinin döyüş bayrağı satışa çıxarıldı - QİYMƏT

23 İyul 2017 10:39

Qubanın Qəçrəş kəndində piyadanı maşın vurub

23 İyul 2017 10:37

Bakıda qonşular arasında DAVA: Xəsarət alan var

23 İyul 2017 10:37

Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI

23 İyul 2017 10:34

Bakıda piyada keçidində quldurluq

23 İyul 2017 10:27

Ruh təsadüfən kameraya düşdü -

23 İyul 2017 10:23

Çaylarda sululuq səviyyəsi açıqlandı

23 İyul 2017 10:22

Pentaqondan kimyəvi silah AÇIQLAMASI

23 İyul 2017 10:17

Azərbaycanda yeni futbol klubu yaradıldı

23 İyul 2017 10:12

Şəkidə iki nəfər dərmandan zəhərləndi

23 İyul 2017 10:05

Azərbaycan Bolqarıstanla əməkdaşlığı genişləndirə bilər - ENERJİ SAHƏSİNDƏ

23 İyul 2017 10:05

Bakıda dəniz limanında dəhşətli hadisə: ÖLƏN VAR – TƏFƏRRÜAT

23 İyul 2017 09:59

Nuranın çimərlik geyimində fotosu

23 İyul 2017 09:57

Məşhur aktrisanın halı qəfil pisləşdi -

23 İyul 2017 09:57

Cəbhədən SON XƏBƏR

23 İyul 2017 09:47

Pentaqon: Rusiya Vaşinqton üçün çox ciddi təhlükədir

23 İyul 2017 09:47

Şəkidə məktəb yanıb

23 İyul 2017 09:44

Ermənilər atəşkəsi 126 dəfə pozdu

23 İyul 2017 09:43

Xaçmazda 4 mağaza yandı

23 İyul 2017 09:42

Ermənilər Tovuz və Qazaxın kəndlərini atəşə tutub

23 İyul 2017 09:39

Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan Azərbaycan ordusunun mövqelərini atəşə tutub

23 İyul 2017 09:37

Bakıda atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub

23 İyul 2017 09:37

Bir-birinə bitişik 4 mağaza yandı - MƏRKƏZİ BAZARDA

23 İyul 2017 09:29

Youtube İŞİD-ə qarşı funksiya hazırlayır

23 İyul 2017 09:27

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

23 İyul 2017 09:24

Ağdam rayonunun işğalından 24 il keçir

23 İyul 2017 09:24

Türkiyədə mədən çökdü - Ölən var

23 İyul 2017 09:22

Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb

23 İyul 2017 09:17

İdman növünün adı dəyişdirildi

23 İyul 2017 09:17

Yunanıstanda iki güclü zəlzələ oldu

23 İyul 2017 09:05

Sumqayıtda 8 mənzil yandı

23 İyul 2017 09:05

"Yutub"da İŞİD-ə baxmaq istəyənləri NƏ GÖZLƏYİR?

23 İyul 2017 08:58

Nüfuzlu narkobarona 30 illik həbs cəzası verilib

23 İyul 2017 08:57

Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb

23 İyul 2017 08:52

Qaldırıcı kran sındı: 7 ölü, 2 yaralı

23 İyul 2017 08:38

Türkiyədə "Qarabağ" parkının açılışı olub

23 İyul 2017 08:32

Əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıldı - VİDEO

23 İyul 2017 08:23

ABŞ Ankaranın “S-400” almaq niyyətindən narahatdır

23 İyul 2017 08:19

İrandan gözdağı -

23 İyul 2017 08:18

Pentaqon: Rusiya və İran arasında tezliklə rəqabət başlayacaq

23 İyul 2017 08:04

Günvurmanın qarşısını alan çay

23 İyul 2017 08:03

Fələstin İsrailə raket atdı

23 İyul 2017 07:47

Mayli Sayrus təbiət qoynunda - FOTO

23 İyul 2017 07:32