Yasamalda dini mağazalarda reyd keçirilib

Yasamalda dini mağazalarda reyd keçirilib
17:34 26 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

 

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  hüquq-mühafizə orqanları ilə birgə Yasamal rayonu ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada daha bir reyd keçirib.

 

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması barədə qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

 

Reyd zamanı baxış keçirilən mağazalardan 4-nün ixtisaslaşdırılmamış satışla məşğul olduğu aşkar olunub. Bundan başqa, 16 dini təyinatlı ədəbiyyatın müvafiq razılıq olmadan satıldığı müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib və aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR