Daşkənddə yaşayış evi uçdu

Daşkənddə yaşayış evi uçdu
23:34 26 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Özbəkistanın paytaxtı Daşkənddə tikilməkdə olan fərdi yaşayış evi uçub.

 

APA-nın “Sputnik-Özbəkistan” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2-si xəsarət alıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım briqadaları cəlb olunub.  

 

İlkin versiyaya əsasən, ev tikinti qaydalarının kobud pozulması səbəbindən uçub. Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR