​Yapon şahzadəsi 101 yaşında vəfat etdi

​Yapon şahzadəsi 101 yaşında vəfat etdi
07:19 27 Oktyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiya imperatoru Akihitonun əmisi,  şahzadə Mikasa 101 yaşında vəfat edib.

 

APA-nın "Kiodo" agentliyinə istinadən verdiyi xəbərə görə, iyunun sonunda ürəyindən əməliyyat olunan şahzadə ictimaiyyət qarşısına son dəfə yeni il bayramında çıxmışdı.

 

Şərq tarixi üzrə mütəxəssis kimi tanınan şahzadə Mikasa Yaponiya Yaxın Şərq Mədəniyyəti Mərkəzinin və "Yaponiya-Türkiyə" Cəmiyyətinin fəxri prezidenti olub.

 

Yaponiyanın baş naziri Sindzo Abe şahzadənin ölümü ilə əlaqədar imperator ailəsinə başsağlığı verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR