Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Atəşkəs 26 dəfə pozuldu

Atəşkəs 26 dəfə pozuldu

Atəşkəs 124 dəfə pozuldu (10 Mart 2017 09:54)
Cəbhədən son XƏBƏR: atəşkəs 145 dəfə pozuldu (28 Fevral 2017 11:29)
Atəşkəs 33 dəfə pozuldu (11 Fevral 2017 10:58)

Tarix: 27 Oktyabr 2016 09:29

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.
 

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 


İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Teqlər:  Atəşkəs 26 dəfə pozuldu



RƏYLƏR


Top xəbərlər